Filikudi () — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yerləşmiş kiçik vulkanik ada. Lipari adalarının daxildir. İnzibati cəhətdən Messina əyalətindəki Lipari bələdiyyəsinə aiddir. Adanın sahəsi 9,45 km², əhalisi 235 nəfərdir (2001). Ən yaxın ada Alikudidir. Filikudidən əxminən 20 km qərbdə yerləşir. Ondan şərqində Salina adası var.
Coğrafiya Adanın sahəsi 9,49 km²-dir. Adanın ən yüksək nöqtəsi Monte Fossa Felcidir (773 m). 74 m hündürlüyü olan La Kanna qayası adanın sahillərində dənizdə yerləşir. Adada bir neçə kənd var, ən böyüyü Pekorini Mare və Valdciesadır. 1997-ci ildə adanın ərazisinin təxminən dörddə üçü (7 km²) qoruğa çevrilmişdir.
Tarix Adanın adı "Finikiyalı" mənasını verən yunancada Phoenicusadan törəmişdir. Digər Lipari adaları kimi, burada da neolit dövründə məskunlaşma olmuş, sonra uzun müddət yaşayış olmamışdır. Yunan, Roma və Bizans varlığının izləri mövcuddur.
İqtisadiyyat Adada balıqçılıqla yanaşı, kənd təsərrüfatı da inkişaf etdirilir, üzüm, zeytun, dənli bitkilər və tərəvəzlər becərilir.
Mənbə Adanın saytı Filikudi adasının saytı
Kateqoriya:İtaliya adaları Kateqoriya:Tirren dənizi adaları Kateqoriya:İtaliyadakı stratovulkanlar