Rüstəm Batmanqılıc (; ) — Fars əsilli amerikalı müğənni, prodüser, musiqiçi, bəstəkar. Vampire Weekend qrupunun yaradıcı üzvüdür. Stereogum onu dövrün ən yaxşı pop, indi-rok prodüserlərindən biri adlandırıb. Rüstəm həmçinin solo sənətçi kimi fəaliyyət göstərir, bununla yanaşı elektro-soul qrupu Discovery-nin üzvüdür. O, 27 yaşında olarkən Vampire Weekend-in bir nömrəli albomu "Contra"nı hazırladı.
Həyatı Rüstəm Batmanqılıc 28 noyabr 1983-cü ildə ABŞ-nin Vaşinqton şəhərində İranlı ailədə anadan olub.Iranian American Guitarist of Vampire Weekend, Rostam Batmanglij, Comes Out | MTV IGGY . Blog.mtviggy.com (February 25, 2010). Retrieved on may 12, 2012. Anası Nəcmiyə Batmanqılıc yemək kitabı müəllifi, atası isə naşirdir. Valideynləri 1983-cü ildə Vaşinqtona köçüblər. Qardaşı Zal Batmanqılıc müstəqil filmmeykerdir.Q&A: Brit Marling, Vampire Weekend's Rostam Batmanglij, and Director Zal Batmanglij on Sound of My Voice . www.vanityfair.com (April 17, 2012). Retrieved on may 12, 2012. O, qardaşı ilə "Sound of My Voice" filmi üzərində birlikdə çalışdı, Rüstəm mahnı bəstələdi qardaşı isə rejissorluq etdi.
Şəxsi həyatı Out jurnalına danışan Rüstəm gey olduğunu bildirib.
Diskoqrafiya Albomları Half-Light (2017) Changephobia (2021)
Vampire Weekend ilə Vampire Weekend (2008) Contra (2010) Modern Vampires of the City (2013)
Prodüseri olduğu albomlar Clairo – Immunity (2019) Discovery – LP (2009) Georgia – Euphoric (2023) Hamilton Leithauser and Rostam – I Had a Dream That You Were Mine (2016) Haim – Women in Music Pt. III (2020) Vagabon – Sorry I Haven't Called (2023)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:LGBT müğənnilər Kateqoriya:LGBT şəxslər Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:Art-pop musiqiçiləri