Nquyen Van Thieu və ya Thiyeu (, ; ) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi xadimi və prezidenti.
Əksər qeyri-Vyetnam mənbələrində sadəcə Thieu kimi xatırlanmasına baxmayaraq, bu onu soyadı deyil, adının bir hissəsidir.
Həyatı Dininə görə katolik idi. Kiçik bir torpaq sahibinin oğlu olmuşdur. Gəncliyində Ho Şi Minin başçılıq etdiyi antikolonialist Vyetmin hərəkatına qoşulmuş, lakin hərəkət diqqətini SSRİ-yə yaxınlaşma və kommunist idarəetmə formasına yönəltməyə başladığı üçün hərəkatdan ayrılmışdır.
1949-cu ildə əslində Fransa müstəmləkəçiləri tərəfindən elan edilmiş, lakin rəsmi hökmdarı imperator Bao-dau olan qondarma Vyetnam Dövlətinin paytaxtı Hyue şəhərində yerləşən hərbi akademiyanı bitirmiş və 2-ci leytenant rütbəsi almışdır. 1955-ci ildə Fransa qoşunlarının çıxarılması zamanı daha çox "Cənubi Vyetnam" kimi tanınan Vyetnam Respublikası yarananda polkovnik-leytenant rütbəsinə sahib idi.
O, 1965–1967-ci illərdə Baş nazir Nquyen Kao Kinin dövründə rəsmi dövlət başçısı olmuşdur. 3 sentyabr 1967-ci ildə keçirilən prezident seçkilərində 38% səs toplamış və prezident seçilmişdir. O, 1975-ci ilə qədər bu vəzifədə çalışmışdır.
Şimali Vyetnam qoşunları irəlilədikcə yüksək rütbəli hərbi rəhbərlər ölkədən qaçmağa başlamışdılar. 21 aprel 1975-ci ildə Thieu səlahiyyətlərini vitse-prezident Çan Van Hıonqa tapşırmış və ölkədən Tayvana getmişdir. 30 aprel 1975-ci ildə Vyetnam Respublikası qeyd-şərtsiz təslim olmuşdur.
Thieu Tayvandan Birləşmiş Krallığa köçmüş, burada Surrey və Londonda yaşamışdır. O, daha sonra ABŞ-yə köçmüş və burada 2001-ci ildə vəfat etmişdir.
Qeydlər
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər "Nguyen Van Thieu, 78; S. Vietnam's President", Los Angeles Times, 1 October 2001 "Nguyen Van Thieu Is Dead at 76; Last President of South Vietnam", New York Times, 1 October 2001 "Nguyen Van Thieu", The Independent (UK), 2 October 2001 "1975: Vietnam's President Thieu resigns" BBC
Kateqoriya:Cənubi Vyetnam hərbçiləri Kateqoriya:Cənubi Vyetnam siyasətçiləri Kateqoriya:Cənubi Vyetnamın dövlət başçıları Kateqoriya:Vyetnam antikommunistləri