Kamov Ka-50, (NATO kod adı: Hokum A)- Rusiya tərəfindən istehsal edilən, tək pilotlu, əks istiqamətdə fırlanan iki pərvanəli (kontra-rotor), anti-tank döyüş helikopteridir. Qara köpəkbalığı da adlandırılır.

İstehsalçı tərəfindən yan-yana oturacaqlı, iki pilotlu Kamov Ka-52 “Alligator” (NATO kod adı: Hokum B) variantı istehsal edilmişdir. Həmçinin, Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış Ka 50-2 Erdogan adlı bir versiyası da mövcuddur.

Əməliyyat tarixi İkinci çeçen müharibəsi Rusiya Ordusuna məxsus Ka-50 döyüş helikopterləri ilk dəfə Çeçenistan ərazisində İkinci çeçen müharibəsi zamanı istifadə olunmuşdur. 6 yanvar 2001-ci il tarixində Ka-50 ilk döyüş uçuşunu həyata keçirmişdir. 9 yanvar tarixində dağlıq ərazi olan Komsomolskaya yaşayış məntəqəsində yerləşən çeçenlərə məxsus silah anbarını dəqiq atəşlə məhv etmişdir. 6 fevralda Ka-50 və Ka-29 helikopterlərindən ibarət zərbə qrupu Tsentoroy kəndinin cənub istiqamətində meşəlik ərazidə yerləşən düşərgəni məhv etmişdir. Çətin şərait olmasına baxmayaraq, pilotlar səkkiz hədəfi aşkarlamış və onları məhv etməyi bacarmışdır.Ка-50 «Черная акула», боевой вертолет // ОРУЖИЕ РОССИИ

Suriya vətəndaş müharibəsi Müxtəlif mənbələrin məlumatına görə Ka-52-lər müharibə ərzində Rusiya Silahlı Qüvvələrinin Əl-Laziqiyyə şəhərində yerləşən hərbi bazasını müdafiə etmək, axtarış və xilasetmə helikopterlərinin təhlükəsizliyini təmin etmək və Rusiya xüsusi təyinatlılarının döyüş əməliyyatlarına dəstək vermək məqsədləri ilə istifadə olunmuşdur. Bu hücum helikopterləri ilk dəfə 2016-cı il aprel ayının əvvəllərində Əl-Karyatayn şəhəri yaxınlığında görüntülənmişdir. Rusiya HHQ-nə məxsus Ka-52 helikopterləri 2017-ci ilin yanvar ayında başlayan Palmira əməliyyatı zamanı və 12 avqust 2017-ci il tarixində Suriya hərbçilərinin desant əməliyyatı ərzində kəşfiyyat-zərbə funksiyasını yerinə yetirmişdir.

Variantları Kamov V-80: Prototip variantı. Kamov Ka-50: Tək oturacaqlı variant. Kamov Ka-50N: Gecə döyüşmək imkanına malik variant. Kamov Ka-50-2 “Erdogan”: Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış iki oturacaqlı variant. Kamov Ka-52 “Alliqator”: Yan-yana quraşdırılmış iki oturacaqlı variant. Kamov Ka-52 “Katran”: Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış variant. Kh-35 gəmi əleyhinə raketdən istifadə etmək imkanına malikdir.

İstifadəçiləri thumb|307x307px|Ka-50 və Ka-52 istifadəçiləri

Əlcəzair Hərbi Hava Qüvvələri: 12 ədəd Ka-52 sifariş olunub. Sifariş olunan helikopterlərin çatdırılması prosesi 2019-cu ildə başlayacaq.

Misir Hərbi Hava Qüvvələri: 46 ədəd Ka-52 sifariş verilmişdir. 2017-ci ilin avqust ayına olan məlumata əsasən sifariş olunan helikopterlərin 6-sı silahlanmaya qəbul olunub.

Rusiya Hərbi Hava Qüvvələri: 170 ədəd sifariş verilib. Rusiya Hərbi Dəniz Qüvvələri: 24 ədəd sifariş verilib.

Taktiki-texniki xüsusiyyətləri (Ka-50) right|350px Ümumi göstəriciləri Ekipaj: 1 Uzunluğu: 16 m Rotorun diametri: 14.5 m Hündürlüyü: 4.93 m Boş çəki: 7,700 kq Yüklü çəki: 9,800 kq Maksimum qalxma ağırlığı: 10,800 kq Güc təminatçısı: 2 × Klimov VK-2500 mühərrik Uçuş göstəriciləri Maksimum sürət: 315 km/s Kruis sürət: 270 km/s Birbaşa məsafə: 545 km Döyüş radiusu: 470 km Xidmət yüksəkliyi: 5,500 m Yüksəkliyə qalxma sürəti: 12 m/s Güc/çəki nisbəti: 0.33 kVt/kq

Həmçinin bax Mi-24 Mi-28 T-129 Atak AH-1 Kobra

İstinadlar

Xarici keçidlər

The history of the Ka-50 Black Shark, Part 1 Ka-50 page on GlobalSecurity.org Russian Ka-52K rivals America’s AH-1Z

Kateqoriya:Hərbi vertolyotlar