Sinan ibn Ənəs Nəxai (; ) — Kərbəla döyüşünün iştirakçısı. Bəzi mənbələrə görə, o, Kərbəla döyüşündə Hüseyn ibn Əlinin başını kəsmişdir. Azərbaycanda Aşura günü zamanı tətbiq olunan "qətl sındı" ritualı əslində "qatil Sinan" deməkdir.

Həyatı Atasının adı Əbu Əmr, babası Ənəsdir. O, babasının adı ilə tanınırdı. Sinan Kufədə anadan olmuşdu. Onun doğum tarixi məlum deyil. İbn Əbil-Hədid İbn Hilal Səqəfiyə istinadən qeyd etmişdir ki, Əlinin xilafəti dövründə Sinan uşaq yaşlarında idi və Əli onun "Allahın rəsulunun oğlunu" öldürəcəyini proqnozlaşdırmışdı.ابن ابی الحدید، شرح نهج البلاغه، ۱۴۰۴ق، ج۲، ص۲۸۶. Bəzi tarix kitablarına görə Sinan "dəlicəsinə vuruşan döyüşçü" və şair idi.بلاذری، انساب الاشراف، ۱۹۷۷م، ج۳، ص۲۰۴. O, Nəxə qəbiləsindən idi.ابن‌حزم، جمهرة أنساب العرب‏، ۱۹۸۳م، ص۴۱۵. Sinanın ölüm tarixi ilə bağlı fikir ayrılığı var.

Hüseyn ibn Əlinin həyatının son anlarında qətlgahda yıxıldığı və Ömər ibn Sədin ordusundan heç kim onu bitirməyə cəsarət etmədiyi bir vaxtda Sinan ibn Ənəs qətlgaha gələrək Hüseyn ibn Əlimin sinə və kürəyinə nizə ilə zərbə endirmişdir. Sonra Xəvli ibn Yəzid Əsbahi Hüseynin başını kəsmək qərarına gəlmiş, lakin o, titrəməyə başlamış və bunu edə bilməmişdi. Sinan onu danlayaraq "Allah sənin qollarını qırsın, əllərini kəssin" demişdir. O, sonra atından düşmüş və Hüseynin başını kəsmişdir.ابن اثیر، اسدالغابة، ۱۴۰۹ق، ج۱، ص۴۹۹. Bəzi hədislərə görə, onun sinəsinə oturulmuş və başı arxadan kəsilmişdir.Khwarazmi, Makhtal al-Hussein, 1423 AH, vol. 2, p. 4142; Mofid, Al-Arshad, 1413 AH, vol.2, p.112; Balazri, Ansab al-Ashraf, 1977, vol. 3, p. 203; Tabari, Tarikh, 1967, vol. 5, p. 453. Bundan sonra Ömər ibn Sədin çadırına getdi və bu şeiri ucadan oxumuşdur:

Bu şeirləri eşidən Ömər ibn Səd ona qəzəbləmiş, onu qamçılamış və demişdir:

Hüseyni kimin öldürdüyü haqqında fərqli-fərqli məlumat var. Bunlara Şimr ibn Zil-Cövşən,دینوری، اخبارالطوال، ۱۳۶۸ش، ص۲۵۸. Xəvli ibn Yəzid ƏsbahiIbn Abd al-Barr, al-Istiyab, 1412 AH, vol.1, p.393; Balazri, Ansab al-Ashraf, 1977, vol. 3, pp. 204, 218; Ibn Atham, al-Futuh, 1411 AH, vol. 5, p. 119, vol. 6, p. 244; Ibn Saad, Al-Tabaqaat, (Taqbah Khamseh, Vol. 1), 1414 AH, pp. 474, 475; Ibn Kathir, al-Badaiyah and al-Nahiyah, 1407 AH, vol. 8, p. 272; Erbali, Kashf al-Gahma, 1381 AH, vol.2, p.51. və onun qardaşı Şəbül ibn Yəzidمفید، الارشاد، ۱۴۱۳ق، ج۲، ص۱۱۲؛ ابن شهر آشوب، مناقب، ۱۳۷۹ق، ج۴، ص۷۷؛ سماوی،ابصارالعین، ۱۴۱۹ق، ص۳۷. aiddir.

Yezidin ölümündən sonra Kufə xaos içində idi. Hüseynin əsas qatillərindən biri kimi tanınan Sinan gizli həyat sürməyə başlamışdı. Bəzi məlumatlara görə, o, Muxtar Səqəfinin qiyamından sonra Kufəni tərk edərək Bəsrə və onun ətraflarına qaçmışdır.ابن کثیر، البدایة و النهایة، ۱۴۰۷ق، ج ۸، ص۲۷۲. Bəziləri Səqəfinin tərəfdarlarının onu öldürdüyünü qeyd etmişdir. Bəzi mənbələr onun Kufədə Həccac ibn Yusif əs-Səqafinin hökuməti dövründə vəfat etdiyini bildirmişdilər.Balazri, Ansab al-Ashraf, 1996, vol. 6, p. 410.

İstinadlar

Əlavə ədəbiyyat

ابن ابی الحدید، عبد الحمید بن هبة الله، شرح نهج البلاغه، قم، کتابخانه آیت الله مرعشی نجفی، ۱۴۰۴ق. ابن اثیر، علی بن محمد، اسد الغابة فی معرفة الصحابة،‌ بیروت، دار الفکر، ۱۴۰۹ق. ابن اثیر، علی محمد، الکامل فی التاریخ، بیروت، دارصادر، ۱۳۸۵ق/۱۹۶۵م. ابن اعثم کوفی، احمد بن اعثم، الفتوح، تحقیق: علی شیری، بیروت، دارالأضواء، ۱۴۱۱ق/۱۹۹۱م. ابن‌حزم اندلسی‏، علی بن احمد، جمهرة انساب العرب‏، بیروت، دارالکتب العلمیة، چاپ اول‏، ۱۴۱۸ق. ابن جوزی، عبد الرحمن بن علی، المنتظم فی تاریخ الأمم و الملوک، تحقیق: محمد عبدالقادر عطا و مصطفی عبد القادر عطا،‌ بیروت، دار الکتب العلمیة، ۱۴۱۲ق/۱۹۹۲م. ابن سعد، محمد بن سعد، الطبقات الکبری(طبقه خامسه ج۱)، تحقیق: محمد بن صامل السلمی، الطائف، مکتبة الصدیق، ۱۴۱۴ق/۱۹۹۳م. ابن شهرآشوب مازندرانی، محمد بن جعفر، مناقب آل أبی طالب(ع)، قم، مؤسسه انتشارات علامه، ۱۳۷۹ق. ابن عبدالبر، یوسف بن عبدالله، الاستیعاب فی معرفة الأصحاب، تحقیق: علی محمد البجاوی، بیروت، دارالجیل، ۱۴۱۲ق/۱۹۹۲م. ابن کثیر دمشقی، اسماعیل بن عمر، البدایة و النهایة، بیروت، دارالفکر، ۱۴۰۷ق/۱۹۸۶م. ابومخنف کوفی، وقعة الطف، قم، جامعه مدرسین، چاپ سوم، ۱۴۱۷ق. اربلی، علی بن عیسی، کشف الغمة، تبریز، مکتبة بنی هاشمی، ۱۳۸۱ق. بلاذری، احمد بن یحیی، انساب‌الأشراف(ج۳)، تحقیق: محمد باقر المحمودی، بیروت، دارالتعارف للمطبوعات، ۱۹۷۷م/۱۳۹۷ق. بلاذری، احمد بن یحیی، کتاب جمل من انساب‌الأشراف، تحقیق: سهیل زکار و ریاض زرکلی، بیروت، دارالفکر، ۱۴۱۷ق/۱۹۹۶م. خوارزمی، موفق بن احمد، مقتل الحسین، تحقیق محمد سماوی، قم، بی‌نا، ۱۳۸۱ش/۱۴۲۳ق. دینوری، احمد بن داوود، الأخبار الطوال، تحقیق: عبدالمنعم عامر مراجعه جمال الدین شیال، قم، منشورات الرضی، ۱۳۶۸ش. سماوی، محمد بن طاهر، ابصارالعین فی أنصار الحسین علیه‌السلام، قم، دانشگاه شهید محلاتی، ۱۴۱۹ق. طبری، محمد بن جریر، تاریخ الأمم و الملوک، تحقیق: محمدأبوالفضل ابراهیم، بیروت، دارالتراث، ۱۳۸۷ق/۱۹۶۷م. مجلسی، محمدباقر، بحارالأنوار، بیروت، مؤسسة الوفاء، ۱۴۰۴ق. مفید، محمد بن محمد، الإرشاد فی معرفه حجج الله علی العباد، قم، انتشارات کنگره جهانی شیخ مفید، ۱۴۱۳ق. مروری بر حقایق زندگی سنان بن انس قاتل امام حسین (ع) و سرانجام او،‌ دلگرم،‌ تاریخ بازدید: ۶ خرداد ۱۴۰۲.

Kateqoriya:Əməvi sərkərdələri Kateqoriya:Kərbəla döyüşü