Andre Şinyaşiki () — sonuncu dəfə "Neftçi"də çıxış etmiş braziliyalı futbolçu.
Karyerası Şinyaşiki peşəkar karyerasına 2017-ci ildə ABŞ-nin "Kolorado Rapids U-23" komandasında başlamışdır. 2019-cu ildə əsas komandaya keçmiş və 2 mart 2019-cu ildə "Portlend Timbers" klubuna qarşı oyunun 94-cü dəqiqəsində ilk qolunu vurmuşdur. 2019-cu ildə MLS-də İlin Gənc Oyunçusu seçilmişdir. 2022-ci ilin mayında "Şarlotta" klubuna transfer olmuşdur. Klubda keçirdiyi 26 oyunda 6 qol vurmuşdur.
2023-cü ilin mayında Azərbaycanın "Neftçi" klubuna keçmişdir. Klubda keçirdiyi 38 oyunda 5 qol vurmuşdur. 26 noyabr 2024-cü ildə klub ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilmişdir.
Şəxsi həyatı Şinyaşiki ata tərəfdən yaponəsilli, ana tərəfdən italyanəsillidir. Atası Robert Şinyaşiki braziliyalı psixiatr və müəllifdir.
İstinadlar
Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Braziliya yaponları Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:MLS futbolçuları Kateqoriya:USL Çempionşip futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri