Zaman Arzuman oğlu Mirzəzadə () — müdafiə mövqeyində çıxış edən Azərbaycan futbolçusu, mövqe müdafiəçisi.

Mirzəzadə uşaq yaşlarından "Xəzər Lənkəran" FK-da çıxış etmişdir. O, 2015-ci ildə əsas komandaya keçmiş, klub ləğv olunana qədər klubda çıxış etmişdir.

Həyatı Zaman Arzuman oğlu Mirzəzadə 8 fevral 1995-ci ildə Azərbaycanın Lənkəran şəhərində anadan olmuşdur.

Karyerası Zaman Mirzəzadə "Xəzər Lənkəran" FK-nın yetirməsidir. O, 12 yaşında uşaq yaş kateqoriyasında karyerasına başlamışdır. Mirzəzadə "Xəzər Lənkəran"ın 17 yaşadək komandasında çıxış etmiş, 2012-ci ildə klubun gənclər komandasına keçid etmişdir. O, 2014-cü ildən əsas komandada çıxış etməyə başlamışdır. Bundan başqa, Mirzəzadə həm də ehtiyat komanda üçün çıxış etmişdir. O, Topaz Premyer Liqasının 2014/2015 mövsümündə, 2 may 2015-ci il tarixində klubun əsas heyətində eyni liqada çıxış edən "Bakı" FK ilə səfər oyununda debüt etmişdir. O, 86-cı dəqiqəsində meydana daxil olmuşdur. Mirzəzadə Topaz Premyer Liqasının 2015/2016 mövsümünün XIV turunda "Xəzər Lənkəran" FK səfərdə "Zirə" ilə oyun keçirmişdir. Mirzəzadə burada 49-cu dəqiqədə avtoqol müəllifi olmuşdu. Bundan sonra oyunda hesab dəyişməmiş, və "Zirə" 1:0 hesablı qələbə qazanmışdır. Mirzəzadə 32 nömrəli forma ilə çıxış edirdi.

Çempionatda Aşağıda mövsümlərinə görə Azərbaycan çempionatında statistikası verilmişdir:

№ Mövsüm Klub Oyun Qol Ehtiyatda oyun 1 2014 / 2015 Xəzər Lənkəran 1 0 3Kim oynadı, kim vurdu 2014/15 2 2015 / 2016 "Xəzər Lənkəran" 32 1 4

İstinadlar

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları