Dünya Badminton Federasiyası () — Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan badminton idmanının beynəlxalq idarəetmə orqanıdır.

Haqqında 1934-cü ildə doqquz üzvün (Danimarka, Fransa, Uels, Hollandiya, İngiltərə, İrlandiya, Şotlandiya, Kanada və Yeni Zelandiya) iştirakı ilə Beynəlxalq Badminton Federasiyası (IBF) kimi qurulan DBF-nin hazırda 176 üzvü var. 24 sentyabr 2006-cı ildə Madriddə keçirilən Fövqəladə Baş Assambleyada ad dəyişikliyi qərara alınmış və hazırkı ad seçilmişdir.

Yarandığı gündən Böyük Britaniyanın Çeltenhem şəhərində yerləşən federasiyanın baş qərargahı 1 oktyabr 2005-ci ildə Malayziyanın paytaxtı Kuala-Lumpura köçürülüb. DBF-nin hazırkı prezidenti Poul-Erik Hoyer Larsendir.

Qitə federasiyaları DBF badmintonu bütün dünyada yaymaq və inkişaf etdirmək üçün regional idarəetmə orqanları ilə əməkdaşlıq edir. Regional idarəetmə orqanları bunlardır: RegionKonfederasiyaÜzvlər  AsiyaBadminton Asiya Konfederasiyası (BAC)41  AvropaBadminton Avropa Konfederasiyası (BE)51  AmerikaBadminton Amerika Konfederasiyası (BPA)33  AfrikaBadminton Afrika Konfederasiyası (BCA)37  OkeaniyaBadminton Okeaniya Konfederasiyası (BO)14Toplam176

İstinadlar

Kateqoriya:1934-cü ildə yaradılmış təşkilatlar Kateqoriya:Badminton Kateqoriya:İdman federasiyaları