Kamran Nazim oğlu Abdullazadə () – yarımmüdafiəçi mövqeyində çıxış edən Azərbaycan futbolçusu. "Xəzər Lənkəran", "Sumqayıt", "Kəpəz" klublarında çıxış etmişdir. Karyerasını Region Liqasında davam etdirir.
Həyatı Kamran Abdullazadə futbol oynamağa "Xəzər Lənkəran" klubunun aşağı yaş qruplarında Bəxtiyar Mirseyidovun məşqçiliyi altında başlamışdır. Burada 4 il boyunca çıxış etmişdir. 2009-cu ildə "Xəzər Lənkəran" klubunun gənclər komandasına cəlb olunmuşdur. Burada məşqçisi Namiq Qarayev olmuşdur.
Klub karyerası
Çempionat Kamran Abdullazadə 2011-ci ildə Azərbaycan çempionatında çıxış edən "Xəzər Lənkəran" klubunun əsas heyətində oynamağa başlamışdır. 2013-cü ilin oktyabrında hərbi xidmətə çağırılmış və Azərbaycanın ordu klubu olan MOİK-ə cəlb olunmuşdur. Lakin 2013-cü ilin dekabrında iki klub arasında razılaşma əldə olunmuş və futbolçu "Xəzər Lənkəran" klubuna qayıtmışdır. Doğma klubuna qayıtdıqdan sonra klubun türkiyəli yeni baş məşqçisi Mustafa Dənizli tərəfindən komandanın əsas heyət üzvünə çevrilmişdir. 2012/13 mövsümündə "Xəzər Lənkəran" klubunun tərkibində UEFA Avropa Liqası yarışlarında iştirak etmişdir.
"Xəzər Lənkəran" klubundan ayrıldıqdan sonra 2016-cı ildə "Sumqayıt" klubuna, 2017-ci ildə "Kəpəz" klubuna transfer olmuşdur. Daha sonra karyerasına Region Liqasında çıxış edən klublarda davam etdirməyə başlamışdır. 2020-ci ildə "Ağsu Siti", 2022-ci ildə "Xan Lənkəran" klubuna keçmişdir.
Kubok Abdullazadə 2013-cü ildə baş tutmuş Azərbaycan Superkuboku oyununda "Neftçi" klubuna qarşı oynamışdır. № Tarix Turnir Klub Rəqib Hesab 1 23 oktyabr 2013 Azərbaycan Superkuboku (2013) "Xəzər Lənkəran" "Neftçi" 2:1
Milli komanda Kamran Abdullazadə Azərbaycan millisinin U-15, U-16, U-17 və U-19 futbol komandalarında çıxış etmişdir. U-17 milli komandasında 25 oktyabr 2011-ci ildə Avropa çempionatı çərçivəsində Xorvatiyaya qarşı oyunda debüt etmişdir. Oyun Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatmışdır. U-19 komandasında isə 12 oktyabr 2013-cü ildə Avropa çempionatı çərçivəsində Bosniya və Herseqovinaya qarşı keçirilmiş oyunda debüt etmişdir. Oyun 0:0 hesabı ilə başa çatmışdır.
2017-ci ildə U-23 komandasının heyətinə dəvət almış və Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının futbol turnirində iştirak etmişdir.
Uğurları "Xəzər Lənkəran" Azərbaycan çempionatı: ikincilik (2011, 2012) Azərbaycan Kuboku: qalib (2011) Azərbaycan Superkuboku: qalib (2013).
İstinadlar
Xarici keçidlər Peşəkar Futbol Liqasının saytında
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları