Covanna Antonelli () — Braziliyalı aktrisa, televiziya aparıcısı və prodüserdir. Şəxsi həyatı Antonelli Hilton Prado və Sueli Antonellinin qızıdır. Qardaşı Leonardo Pietro Antonelli vəkildir. Onun Qabriel adlı bir qardaşı oğlu və Mina adlı bir qardaşı qızı var. Onun ilk münasibəti 16-21 yaşları arasında olub. Daha sonra o, iş adamı Rikardo Medina ilə görüşməyə başladı və 8 mart 2000-ci ildə onların evliliyi baş tutub. 2002-ci ilin fevralında isə boşandılar.

2002-ci ildə Klon telenovelasında tərəf müqavili aktyor Murilo Benesioya ilə münasibətə başladı və 24 may 2005-ci ildə Antonellinin ilk övladı və Murilonun ikinci övladı olan Pietro dünyaya gəldi. Həmin ilin noyabrında cütlük ayrıldı. İlk ayrılığında, 2004-cü ilin avqustunda iş adamı Aleksandr Assioli ilə qısa müddətlik münasibəti oldu.

2005-ci ildə o, amerikalı iş adamı Robert LoKascio ilə tanış olur və onlar İtaliyada nişanlandılar. Nişan cəmi dörd ay davam etdi.

2009-cu ildə iş adamı Artur Fernandes ilə iki illik münasibətini bitirdi. Daha sonra 8 oktyabr 2010-cu ildə rejissor Leonardo Noqueira ilə görüşməyə başladı və Antonia və Sofia adlı əkizləri dünyaya gəldi.

Xarici keçidlər

İstinadlar Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Braziliya iş adamları Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:XXI əsr aktrisaları