Mehmet Behiç Ərkin () — türk əsgəri, siyasətçisi və diplomatı.

Çanaqqala döyüşü bitdikdən sonra Alman dövlətinin ən önəmli mükafatlarından olan Dəmir Xaç medalının ən yüksək rütbəsi I dərəcəli Dəmir xaç ordeni ilə almanlar tərəfindən təltif edilən iki komandirdən biri olmuşdur. Digəri isə Mustafa Kamal Atatürk olub.

İstər Çanaqqala döyüşünün müdafiə səfərbərlik planını hazırlayaraq, istərsə də Ordu Dairə başçısı olduğu dövrdən hazırladığı müdafiə səfərbərlik planını müvəffəqiyyətlə həyata keçirərək, müharibənin zəfərindəki mükəmməlliyətçi idarəçiliyinə görə, Osmanlılar tərəfindən iki medal, eləcə də almanlar tərəfindən də iki medalla təltif olunaraq qəhrəman elan edilmiş komandirdir.

Eləcə də Türkiyə İstiqlaliyyət müharibəsində Mustafa Kamal tərəfindən "Siz daşımalarda müvəffəqiyyətli olun ki, mən də cəbhələrdə uğur qazanım" deyərək bütün daşınma işlərini güvənərək həvalə etdiyi və Mustafa Kamalın yaxın dostu kimi tanınan komandir olub. O, İstiqlaliyyət müharibəsidən sonra həm İstiqlal medalı ilə təltif olunub, həm də Türkiyə Böyük Millət Məclisinin xüsusi təqdirnaməsi ilə Qurtuluş Savaşı Qəhrəmanı adına layiq görülüb.

Türkiyə Respublikası Dövlət Dəmir Yollarının (1920–1926) qurucusu və ilk baş direktoru olan Ərkin "Dəmir yollarının atası" kimi də tanınır.

Türkiyə Böyük Millət Məclisinin II və III dövr çağırışlarında (22 noyabr 1928-ci ildə istefa verdi) İstanbul, VII çağırışında, 1926–1928-ci illərdə Çanqırı naibi və ictimai işlər naibi (indiki ictimai işlər naziri) vəzifələrində çalışmışdır. Nazirlikdə olduğu müddətdə İcra Deputatları Şurasının üzvü kimi "Milli Təhlükəsizlik Xidmətləri Təşkilatı" (Milli Kəşfiyyat Təşkilatı) imzalarından birinin sahibi, həm ideya atası, həm də təsisçi olub. 1926-cı ildə respublikanın ilk pensiya fondu olan "İmalat-ı Hərbiyyə Teavün və Sığorta Fondu"nu təsis edib.

O, Atatürkün (1907-ci ildən) ən yaxın həmkarlarından biri idi, şəxsi məktublarında fikirlərini açıq şəkildə bölüşdüyü, milli və dünya mövzularında fikir mübadiləsi apardığı nadir insanlardan idi. O, Osmanlı imperiyasında dəmir yolları haqqında əsər yazan ilk və yeganə müsəlman türküdür.1912 basımı "Demiryolunun Askerlik Açısından Tarihi, Kullanımı ve Teşkilatı". Orijinal nüshası Ankara Üniversitesi Dil ve Tarih Coğrafya Fakültesi bünyesindeki İnkılap Tarihi Müzesi'ndedir. İkinci Dünya müharibəsi illərində Parisdə səfir işləyərkən, minlərlə yəhudini nasistlərin soyqırımından xilas etməsi ilə tanınır.

Həyatı O, 1876-cı ildə İstanbulda anadan olub. Atası Ömər Fevzi Paşanın oğlu mahal valisi Cəmil bəy, anası Nadirə xanım olub. O, bibisi Səidə xanım və həyat yoldaşı Hidayət Paşanın yanında böyüyüb. Marşal Hidayət Paşanın vəzifələrinə görə uşaqlıq illərində Bağdad, Ərzincan, İstanbul və Bəsrə vilayətlərində yaşamalı olub. Ərzincanda olarkən Ərzincan hərbi liseyində hərbi təhsilə başlayıb. Hidayət Paşanın Bəsrə valiliyi dövründə məktəb təhsilini yarımçıq qoyub, fərdi dərslər alıb; Hidayət Paşanın ölümündən sonra ailəsi ilə birlikdə İstanbula qayıdıb.

1894-cü ildə İstanbulda Hərbi Rüştiyyəni, 1895-ci ildə Hərbi liseyi, 1898-ci ildə Hərb məktəbini, 1901-ci ildə Hərbi Akademiyanı bitirmişdir. 1902-ci ildə Salonikidəki 3-cü Ordu Komandanlığına təyin edilib. Burada vəzifəsini yerinə yetirərkən tanış olduğu Mustafa Kamalla dostluqları həyatı boyu davam edib. Bu arada Behiç bəy 12 fevral 1902-ci ildə Midilli valisi Rəşid Paşanın qızı Bəhiyə xanımla evlənib. Bu evlilikdən onların Rəşidə (1902) adlı qızı, Necit (1903) və Vecih (1904) adlı iki oğlu olub.

İstanbul-Saloniki Müştərək Dəmir Yolu müfəttişliyi 1904-cü ildən sonra Saloniki-İstanbul dəmir yolu mühafisəsinin müfəttişi, qərargah kapitanı vəzifəsində çalışmışdır. İkinci Məşrutiyyətinin elanından sonra 31 mart hadisəsi başlayanda qiyamı yatırmaq üçün İstanbula gedən Hərəkət Ordusunda da iştirak edib. 1910-cu ildə Saloniki-İstanbul xətti üzrə yeni yaradılmış hərbi komissarlığa təyin edilib. 1912-ci il Balkan müharibəsi zamanı yunanlar tərəfindən əsir götürülüb. Xilas edildikdən sonra Ərkanı-hərbiyyədə vəzifəyə başlayan Ərkin Dəmir Yolları Ordu xidmətində işləməyə məcbur olub. O, Birinci Dünya müharibəsi illərində dəmir yollarının yaradılması və istismarı ilə bağlı təcrübələrini qələmə aldığı "Hərbi xidmət baxımından dəmir yollarının tarixi, istifadəsi və təşkili" adlı kitabını nəşr etdirib.

Birinci Dünya müharibəsindəki missiyaları thumb|right|Behiç bəy Çanaqqala döyüşlərində Miralay Behiç bəyin döyüşün qalibiyyət qazanmasında böyük payı olmuşdur. O, mütəmadi olaraq cəbhəyə əsgər və sursat çatdırmağı bacaran komandir olub. Bu səbəbdən Çanaqqalanı müdafiə edən Türk Qüvvələrinin komandanı marşal Otto Liman fon Sanders, Behiç bəyə Almaniya dövlətinin ən yüksək ordeni olan "1-ci dərəcəli Dəmir xaç medalı" ilə təltif edilməsini martın 29-da Almaniya imperatoruna təklif etmişdir. 29 mart 1918-ci ildə daha əvvəl Behiç bəyə verilən II dərəcəli "Dəmir xaç" medalının bu dəfə I dərəcəsi verildi. Almanlar Çanaqqala döyüşündə xidmət edən bütün Osmanlı Ordusunun zabitlərinə II dərəcəli "Dəmir xaç" ordenini təqdim edərkən, I dərəcəli Dəmir xaç medalına isə yalnız Behiç Erkin və Mustafa Kamal layiq görüldü.

1918-ci ildə Azərbaycanın ilk nizami ordusunun yaradılması ilə məşğul olan Behiç bəy hərbi polis və jandarm təşkilatını yaratmaq üçün 19 iyul-28 avqust 1918-ci il tarixləri arasında Gəncəyə göndərildi. Behiç bəyin 1918-ci il avqustun 3-də hazırladığı "Azərbaycan Jandarma Təşkilatının Nizamnaməsi" Azərbaycan Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski və Hərbi Nazir müavini, Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü İsmayıl xan Ziyadxanov tərəfindən Behiç bəyin iştirakı ilə imzalandı.

Behiç bəyin başlanğıcından imzalanana qədər hazırlayıb, yekunlaşdırdığı bu təşkilat Bakını Leninin təyin etdiyi erməni komissarı Stepan Şaumyanın başçılıq etdiyi Qırmızı Ordudan xilas edərək, şəhərin azərbaycanlılar tərəfindən alınmasını təmin etdi. Təəssüf ki, Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsində aparıcı rol oynamış Behiç bəyin bu uğuru, az tanınır.

1918-ci il sentyabrın 15-də Bakıdakı idarə bu jandarma tərəfindən ələ keçirildikdən sonra, təşkilatın qərargahı Bakıya köçürüldü. Atəşkəs razılaşması imzalanandan sonra o, İstanbula qayıtdı.

Dövlət Dəmir Yolları idarəsi Mustafa Kamal Atatürkün tarixdə "Ağ Zabitlər siyahısı" kimi tanınan və Baş komandanın Anadoluya keçirmək istədiyi zabitlərin siyahısını Behiç bəyə göndərdiyini anlayan Damat Fərid hökuməti haqqında edam fərmanı çıxarması üzərinə, işğalçı ingilislər tərəfindən axtarışda olduğu bilinən Behiç bəy, Milli Mübarizə hərəkatına qoşulmaq üçün Anadoluya keçərək, Türkiyə İstiqlaliyyət müharibəsinin ən önəmli qəhrmanlarından biri olur. O, 1920-ci il iyulun 5-də Ankaraya gəlib. Baş Qərargah rəisi İsmət Paşa ona ikinci prezidentliyi təklifini edərkən, İctimai İşlər Nazirliyi üzrə müavini (Bayınçılıq naziri) İsmayıl Fazıl Paşa tərəfindən isə Anadolu Dəmir Yolları Əməliyyat müdirliyi təklif edilib. Mustafa Kamalın yönləndirməsi ilə ikinci təklifi qəbul edərək, dəmir yollarının rəisi olub. Osmanlı imperiyası dövründə dəmir yolları ilə bağlı yeganə əsər yazması və 1903-cü ildən başlayaraq Dəmir Yolları Xətt Komissarlığı və Təchizat Şöbə Müdiri müavini kimi təcrübələrə sahib olması, lakin ən əsası Çanaqqala döyüşünün bütün cəbhə daşımalarını planlayan və müvəffəqiyyətlə həyata keçirən komandir olduğu üçün İstiqlaliyyət müharibəsinin bütün cəbhələrini əsgər, silah və təchizatla təmin etmək vəzifəsinə uyğun görülüb.

Mustafa Kamalın: "Mən cəbhələrdə nə edəcəyimi bilirəm, amma ordumuzun necə tez cəbhələrə göndəriləcəyini bilmirəm, bu da yalnız səlahiyyətli bir adamın əmri ilə gerçəkləşə bilər ki, mən də cəbhədə müvəffəqiyyət qazana bilim" bu sözlərindən sonra vəzifəni üzərinə götürən Behiç bəy: "İşimə heç kim qarışmamalıdır" şərtini irəli sürür ki, bu şərtdə Mustafa Kamal tərəfindən qəbul edilir. Behiç bəy dəmir yollarının kəsişdiyi Əskişəhərdə baza qurub, müharibə boyu müvəqqəti qatarlarla cəbhəyə əsgər, sursat və ləvazimat daşıyıb, relslər çəkdirmişdir. Lazım olanda da relslərdən və vaqonlardan polad əldə edərək, qılınclar da düzəltdirmişdi. thumb|right|18 fevral, 1926-cı il tarixli Sərvəti-fünun jurnalında Behiç bəy Ankara İctimai İşlər Nazirliyindən verilən aşağıdakı teleqramda Behiç Ərkinin Türkiyə İstiqlaliyyət müharibəsinin zəfərində ən mühüm payı olan komandirlərdən biri kimi mövqeyi ən yaxşı şəkildə izah edilib:

"Bu andan etibarən bütün xalq fədakar dəmir yolçularımızı qəhrəman ordumuzun Allahdan sonrakı yeganə həqiqi qəhrəmanları kimi görür".Zaferin en büyük yardımcısı. Behiç bəy İstiqlaliyyət müharibəsindəki mühüm rolu və uğurlarına görə həm "TBMM-nin Xüsusi tərif"i, həm də "İstiqlal" medalı ilə təltif edilmişdir.

Türkiyədə dəmir yollarının qurucusu sayılan Behiç Ərkin bir çox mənbələrdə "Dəmir yollarının Atası" və "Türkiyə Dəmir yolları Sənayesinin Atası" kimi xatırlanır. 1920-ci ilin iyulunda başladığı və 6 il davam etdirdiyi Baş Müdirlik dövrü İctimai İşlər naziri olduqdan sonra başa çatmışdı.

İctimai İşlər Nazirliyi 1926–1928-ci illərdə İctimai İşlər nazirinin müavini olduğu dövrdə o, dəmir yollarının milliləşdirilməsi, 50 ildən sonra ilk dəfə dəmir yollarının işlək dilinin fransızcadan türkcəyə çevrilməsi, ilk İctimai Dəmir yolları muzeyinin yaradılması, Türkiyədə muxtariyyət anlayışını həyata keçirən ilk şəxs olaraq daha sonra İstanbul Texniki Universiteti adlandırılan Mühəndislik Məktəbinə muxtariyyət verilməsi, universitetdə təhsilin türk dilində aparılması, Milli Kəşfiyyat Təşkilatının rəsmiləşdirilməsi və Atatürklə birlikdə MKT-nın təsis fərmanına birgə imza atması, Türkiyədə ilk rəsmi qarşılıqlı yardım fondunun, yəni Pensiya Fondunun yaradılması kimi bir çox mühüm ilklərə imza atmışdı.

Behiç bəyin ölkə dəmir yolları üçün gördüyü işlər 1933-cü ildə sadiq dostu və dövrün prezidenti Atatürk tərəfindən mükafatlandırılıb. Cümhuriyyətin 10-cu ildönümü şənlikləri üçün "Onuncu il marşı" yazılarkən Atatürk, "Ölkənin hər təpəsində dumanlar tüstülənir" misrasını, "Dəmir torla tikdik, dörd başdan vətəni" misrası ilə əvəz edərək, Behiç bəyə "Sizin əməyiniz bu misra ilə daha gözəl səslənir" deyə müraciət edib.

Soyadı Qanunu qüvvəyə minəndə "Ərkin" soyadı 8 fevral 1935-ci ildə Atatürk tərəfindən şəxsən və yazılı şəkildə Behiç bəyə verilmişdir. Atatürkün yaxın dostuna uyğun gördüyü Ərkin sözü: "Hər şəraitdə doğru qərar verə bilən özbaşına fərd" mənasını daşıyır.

Budapeşt səfiri Karyerasının son mərhələsində Behiç Ərkin Budapeşt səfiri (1928–1939) vəzifəsini icra etmişdi. Onun səfirliyi dövründə 18 dekabr 1923-cü ildə Türkiyə-Macarıstan Dostluq müqaviləsi, 5 yanvar 1929-cu ildə Bitərəflik, Arbitraj və Barışıq müqaviləsi imzalanmışdı. Həyat yoldaşı Behiyə xanım o, Budapeştdə işləyərkən İstanbulda vəfat edir (28 oktyabr 1934). Soyadı Qanunu qüvvəyə mindikdən sonra Atatürkdən Salih Bozok vasitəsilə ona soyad verməsini istəyən Behiç bəy 8 fevral 1935-ci il tarixli şəhadətnamə ilə "Ərkin" soyadını götürür.

Paris səfiri thumb|left|185px|Behiç Ərkin 1920-ci ildə 1939-cu ildə Avropadakı qarışıqlığı nəzərə alan prezident İsmət İnönü ona Almaniya və ya Fransada səfirlik təklifi etdi. Fransaya üstünlük verən Ərkinin 31 avqust 1939-cu ildə Parisdə vəzifəyə başlamasının ertəsi, Almaniyanın Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başlamış oldu. Bir neçə ay sonra da onun təyin olunduğu Fransa da nasistlər tərəfindən işğal edildi; Yəhudilərin işdən qovulduğu, pullarının müsadirə edildiyi, həbs düşərgələrinə sürgün edildiyi günlərdə Behiç bəy almanların nadir hallarda verdiyi I dərəcəli Dəmir xaç medalının gücündən istifadə edərək bir çox insanın həyatını xilas edə bilmişdi.