Ceylanyar xanım () — 31-ci Osmanlı sultanı Sultan Əbdülməcidin xanımlarından biri, iqbal.Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-9-754-37840-5Peirce, Leslie (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. p. 108. ISBN 0-19-508677-5Açba, Harun. Kadın efendiler: 1839–1924 . — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1Burak, Ertuğrul (November 8, 2011). Cariyeler Saltanatı. artcivic. ISBN 978-6-054-33716-3

Həyatı Əslən ubıx olan Ceylanyar xanım 1830-cu ildə indiki Soçidə dünyaya gəldi. Əsl adı Nafiyə olub, atası Bərzəx Mustafa bəy, anası isə Daruxan Dudarukdur. Hələ 10 yaşında ikən ailəsi tərəfindən İstanbula gətirilmiş, təlim-tərbiyə görməsi üçün Osmanlı hərəminə verilmişdir. Uzun illər keçmiş Çırağan sarayındakı hərəmdə, ardından Adilə Sultanın sarayında təlim-tərbiyə edildi. Adilə Sultan tərəfindən Sultan Əbdülməcidə təqdim olunmuş, ardından 1847-ci ildə nigahlanaraq Sultan Əbdülməcidin ikinci iqbalı oldu. Adı Ceylanyar olaraq dəyişdirildi və mərasim səbəbilə ailəsi İstanbula gətirildi. Bacıları Almazxan xanım və Pürtünak xanım saraya alınaraq Ceylanyar xanıma nədimə təyin edildi, qardaşına isə Bandırma yaxınlığında geniş torpaq mülkləri hədiyyə edildi.

Yeganə övladı olan Şahzadə Mehmed Rüşdü Əfəndi 31 mart 1852-ci ildə dünyaya gəlsə də, 9 ay sonra körpə ikən vəfat etdi. Övladının vəfatından sonra səhhəti pisləşən Ceylanyar xanım Fəriyə sarayına göndərildi və müalicə səbəbilə bir müddət burada yaşadı. Ancaq səhhəti daha da pisləşən Ceylanyar xanım 17 yanvar 1855-ci ildə burada vəfat etdi. Cənazəsi Fatehdəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn olundu.Hıfzı Topuz (2009). Abdülmecit: İmparatorluk Çökerken Sarayda 22 Yıl: Roman. Remzi Kitabevi. p. 145. ISBN 978-975-14-1357-4

Övladları

Şahzadə Mehmed Rüşdü Əfəndi (d. 31 mart 1852, Çırağan sarayı, İstanbul - ö. 5 dekabr 1852, Çırağan sarayı, İstanbul)Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005 — Sultan Əbdülhəmid türbəsinə dəfn edilmişdir.

Mənbə

Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-6-051-71079-2 Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 3

İstinadlar

Kateqoriya:Osmanlı sultanlarının xanımları