Olavio Juninyo, tam adı ilə Olavio Vieyra dos Santos Junior (), və ya sadəcə Juninyo () — Meksikanın "Pumas" klubunda çıxış edən braziliyalı peşəkar futbolçu.
Karyera Karyerasına 2014-cü ildə, yetirməsi olduğu Braziliyanın "Atletiko Paranaense" klubunda başlayır. 1 fevral 2015-ci ildə baş tutmuş "Kaskavel" — "Atletiko Paranaense" oyununda, əvəzetmədən meydana çıxaraq, debüt edir. Ancaq sonradan "Atletiko Paranaense" klubunda əsas heyətə düşə bilməyən gənc futbolçu, 2015-ci ildə, Braziliya C Seriyasında yarışan "Quaratingeta" klubuna icarəyə verilir.
2016-cı ildə Olavio Juninyo icarədən qayıtdıqdan sonra təkrar icarəyə göndərilir. Futbolçunun yeni klubu Portuqaliya Sequnda Liqsasında yarışan "Portimonense" klubu olur. Bu klub futbolçunun karyerasında ilk Avropa klubu olur.
2016-cı ildə futbolçu "Atletiko Paranaense" klubuna qayıdır. Klub ilə Braziliya A Seriyasında 7 oyunda meydana çıxır ancaq fərqlənə bilmir.
2017-ci ildə "Brazil De Pelotas" klubuna icarəyə verilir. Burada müxtəlıif turnirlərdə meydana çıxdığı 28 oyunda 2 qol vurur.
Sonralar futbolçu Braziliyada "Novurizontino", "Fiqeyrense", "Vila-Nova" komandalarına icarəyə verilir, ancaq onların heç birində möhkəmlənə bilmir.
2019-cu ildə futbolçu ikinci dəfə Avropadan dəvət alır. Portuqaliya Sequnda Liqasında yarışan "Eştoril" klubu futbolçunu 1 illik icarəyə götürür. Burada meydana çıxdığı 26 oyunda 6 qol vurur. Mövsüm sonunda icarə müddəti başa çatdıqdan sonra "Atletiko Paranaense" klubuna qayıdır.
19 okrtabr 2020-ci ildə Portuqaliyanın "Şaveş" klubuna transfer edilir və klubla 4 illik müqavilə imzalayır. Burada 3 il çıxıs edən futbolçu, bütün turnirlərdə meydana çıxdığı 79 oyunda 13 qol vurur.
24 iyun 2023-cü ildə Portuqaliyanın "O Jogo" nəşrində futbolçunun "Qarabağ"a transfer olacağıyla bağlı məlumat yayılır. 25 iyun 2023-cü ildə futbolçunun "Qarabağ" klubuna transfer olunduğu rəsmən elan edilir. "Qarabağ" bu transfer üçün qarşı tərəfə 450 min avro təzminat ödəyir. Juninyo yeni klubu ilə 3 illik müqavilə imzalayır. Əvvəlki klublarında əsasən sağ cinah vingeri kimi oynayan Juninyo "Qarabağ"da əsasən mərkəz hücumçusu kimi oynamağa başlayır.
Olavio Juninyonun "Qarabağ"ın heyətində debüt oyunu, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində baş tutmuş "Qarabağ" — "Rakuv" oyununda baş tutur. 2 avqust 2023-cü ildə Bakıda keçirilmiş oyunun 70-ci dəqiqəsində Yassin Benzianın əvəzinə meydana çıxaraq "Qarabağ" formasıyla ilk rəsmi oyununda iştirak edir.
Futbolçunun "Qarabağ"ın heyətində ölkə çempionatında debütü isə, Azərbaycan çempionatının 2023/24 mövsümünün ilk turunda, Zirə klubu ilə görüşdə baş tutur. Oyunun 61-ci dəqiqəsində Redon Cicanı əvəzləyərək meydana daxil olur.
10 avqust 2023-cü ildə, UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyun günündə baş tutmuş, "Qarabağ" — "HİK" oyunun 85-ci dəqiqəsində fərqlənərək, "Qarabağ"da ilk qolunu vurur. Juninyonun "Qarabağ"la ölkə çempionatında ilk qolu isə, "Azərbaycan Premyer Liqası"nın 2023/24 mövsümünün 2-ci turunda baş tutmuş, "Qarabağ" — "Turan" oyununun 30-cu dəqiqəsində vurur.
13 yanvar 2025-ci ildə o, 3 illik müqavilə ilə Braziliyanın "Flamenqo" klubuna transfer olub.
21 dekabr 2025-ci ildə Olavio Juninyo Meksikanın "Pumas" klubuna transfer edilib.
Karyera statistikası
KlubMövsümLiqaƏyalət liqasıKubokQitəDigərToplamDivizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolAtletiko Paranaense2015Seriya A—40———40201670—40——110Toplam704040——150Quaratingeta (icarə)2015C seriyası72————72Portimonense (icarə)2015–16Sequnda-liqa10————10Braziliya de Pelotas (icarə)2017B seriyası19160——31282Novurizontino (icarə)2018D seriyası—134———134Fiqeyrense (icarə)2018C Seriyası252————252Vila-Nova (icarə)2019B Seriyası512040——111Eştoril (icarə)2019–20Sequnda-liqa246—10——256Şaves2020–21Sequnda-liqa208—00——2082021–22261—102712022–23Primeyra-liqa304—20324Toplam7613—30—7913Qarabağ2023–24Premyer Liqa3520—55156—42232024–25133—10118—2511Toplam4823—6526148042Flamenqo2024–25A Seriyası00000000Karyerasında toplam2124825418526143128472
Uğurları
Klub Qarabağ
Azərbaycan Premyer Liqası: 2023/24 Azərbaycan Kuboku: 2023/24
Fərdi Azərbaycan Premyer Liqasında mövsümünün ən yaxşı bombardiri: 2023/24 Azərbaycan Premyer Liqasında mövsümünün ən yaxşı oyunçusu: 2023/24
İstinadlar
Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Braziliya Seriya B futbolçuları Kateqoriya:Braziliya Seriya C futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Atletiko Paranaense FK futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Flamenqo FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular