Vitor Huqo Roke Ferreyra (28 fevral 2005, Braziliya) — Vitor Roke kimi də tanınan, Braziliya A Seriyası təmsilçilərindən olan "Atletiko Paranaense" klubunda və Braziliya millisində hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusu. O, 2024-cü ilin yanvar ayında La Liqa təmsilçilərindən olan "Barselona" klubuna transfer olacaq.

Klub karyerası

Erkən illəri Vitor Minas-Jerays ştatının Timoteo şəhərində anadan olmuşdur. 10 yaşı olarkən o, "Amerika Mineyro" klubunun akademiyasına qəbul olmuşdur. 2018-ci ildə akademiyanın əsas oyunçusu vəziyyətinə gəlmişdir. 2019-cu ilin mart ayında Vitor "Kruzeyro" akademiyası ilə müqavilə imzalamışdır. Bu keçid keçmiş komandasının yeni komandasını Dövlət Əmək Departamentində məhkəməyə verməsinə səbəb olmuşdur. Hər iki klub yalnız may ayında razılığa gələ bildi. "Kruzeyro" klubu oyunçunun səhmlərinin 65%-ni, keçmiş klubu isə yerdə qalan 35%-ni əlində saxlamış oldu.

Kruzeyro 25 may 2021-ci ildə Vitor "Kruzeyro" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, peşəkar karyerasında debütünü 12 oktyabr tarixində Seriya B liqasında "Botafoqo" klubuna qarşı oyunda etmişdir. İkinci hissədə Bruno Xosenin əvəzinə meydana daxil olan Roke 18 dəqiqə oynadıqdan sonra Keke ilə əvəz olunmuşdur. Görüş 0-0 hesablı bərabərliklə başa çatmışdır. Görüşdən sonra baş məşqçi Vanderley Luksemburqo oyunçu haqqında "tempi saxlamadığı üçün əvəzləndiyini, amma debüt üçün çox yaxşı təsir bağışladığını" sözlərini işlətmişdir.

2022-ci il mövsümü üçün əsas oyunçulardan biri halına gələn Vitor karyerasında ilk qolunu 20 fevral tarixində Mineyro çempionatı görüşündə "Villa Nova" klubuna qarşı vurmuşdur. Həmin görüşdə komandası rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. Üç gün sonra Braziliya Kubokunda "Serjipe" klubuna qarşı görüşdə Roke dublla yadda qalmış və komandası 5-0 hesabı ilə qələbə qazanmışdır.

Atletiko Paranaense

13 aprel 2022-ci ildə Roke "Atletiko Paranaense" klubu ilə beş illik müqavilə imzalamışdır. Klub oyunçu üçün 24 milyon Braziliya realı sərbəstqalma məbləği təyin etdikdən sonra o, klub tarixinin ən bahalı transferi olmuşdur. Dörd gün sonra Roke klubda debütünü etmişdir. "Atletiko Mineyro" klubuna qarşı Seria A görüşündə Luis Manuel Orexuelanın əvəzinə meydana daxil olsa da, komandası rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur.

Vitor Furakao üçün ilk qolunu 29 may 2022-ci ildə "Kuyaba" klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə yeganə qolun müəllifi olmuşdur. 7 avqust tarixində səfərdə "Atletiko Mineyro" klubunu 3-2 hesabı ilə məğlub etdikləri görüşdə də qolla yadda qalmıdır. Beləliklə, Roke 6-sı Kruzeyro, 7-si isə Atletikoda olmaqla mövsümü 13 qolla başa vurmuşdur.

Barselona 12 iyul 2023-cü ildə La Liqa təmsilçilərindən olan "Barselona" klubu 500 milyon avroluq sərbəstqalma məbləği ilə 2030-31 mövsümünün sonuna qədər oyunçu ilə müqavilə imzalamışdır. Onun 2024-25 mövsümünün əvvəlində Kataloniya klubuna keçəcəyi gözlənilir.

Milli karyerası 3 mart 2023-cü ildə Vitor müvəqqəti baş məşqçi Ramon Menezes tərəfindən 25 mart 2023-cü ildə Mərakeş millisi ilə oynanacaq yoldaşlıq oyunu üçün ilk dəfə Braziliya millisinə dəvət almışdır. İbn Bətutə stadionunda keçirilən görüşdə Roke 65-ci dəqiqədə meydana daxil olmuş və milli rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur.

Karyera statistikası Klub

+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaŞtat LiqasıBraziliya KubokuKontinentalÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolKruzeyro2021Serie B50———502022108323—116Ümumi608323—166Atletiko Paranaense2022Serie A295——7236720231686451733416Ümumi451364511457023Ümumi karyera5113147741458629

Milli komanda

+ Milli komanda və illər üzrə oyun və qollarMilli komandaİlOyunQolBraziliya202310Ümumi10

Uğurları Atletiko Paranaense Paranaense çempionatı: 2023

Braziliya U20 Cənubi Amerika U-20 çempionatı: 2023

Fərdi Libertadores Kuboku Turnirin Komandası: 2022 Cənubi Amerika U-20 çempionatı Bombardir: 2023

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Atletiko Paranaense FK futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Braziliya milli futbol komandasının oyunçuları Kateqoriya:Braziliya U-20 milli futbol komandası futbolçuları Kateqoriya:Real Betis FK futbolçuları Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Palmeyras FK futbolçuları Kateqoriya:Braziliya Seriya B futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:İspaniyada legioner Braziliya idmançıları Kateqoriya:Braziliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular