Denis Maykl Rohan (; ) — 21 avqust 1969-cu ildə Əl-Əqsa məscidini yandırmağa çalışan və "Tanrı kilsəsi" təşkilatına mənsub olan Avstraliya xristianı. Hücumun səbəbi kimi özünü tanrının nümayəndəsi olaraq gördüyünü və məscidin dağıdılmasının Məsihin zühurunu sürətləndirəcəyinə inandığını bildirmişdir. Hücum cəhdi nəticəsində məsciddə yanğın baş vermiş və yanğından sonra Əl-Əqsa məscidinin divarlarında ziyanın olduğunu bildirilmişdir. Hücumdan sonra məhkəmə önünə çıxarılmış, onun ruhi xəstə olduğu qənaətinə gəlinmişdir.

O, 14 may 1974-cü ildə "ailəsi ilə birlikdə psixiatrik müalicə almaq üçün humanitar əsaslarla" İsraildən qovulmuşdur. Daha sonra Avstraliyadakı Kellen-Park xəstəxanasına köçürüldmüşdür. Bəzi mənbələr onun 1995-ci ildə öldüyünü bildirir, lakin "Australian Broadcasting Corporation" (ABC) tərəfindən 2009-cu ildə aparılan araşdırmada onun hələ də sağ olduğu məlum olmuş, bir neçə ildən sonra "ABC" jurnalistinə verdiyi müsahibə üzə çıxmışdır.

İstinadlar

Kateqoriya:Xristian terrorizmi