Vyetçi () — Vyetnamın şimalında şəhər, Futxo vilayətinin paytaxtı. 2009-cu ilin məlumatlarına görə şəhərin əhalisi 99,147 nəfərdir. Vyetçi mahalının əhalisi 2010-cu ilə görə 260,288 nəfərdir. Rayonun sahəsi 110 km2. Hanoydan 75 km və Hoşimin şəhərindən 1,794 km məsafədə yerləşir.
Böyük sənaye mərkəzi olan Vyetçi ölkənin böyük çay limanına sahibdir (yük daşımalarına görə Ninbindən sonra ikinci yerdədir): 2010-cu ildə 1,493 milyon ton olmuşdur.
Xonq-banq sülaləsinin hakimiyyəti dövründə qədim vyet Vanlanq vilayətinin paytaxtı olmuş Fonqtyau şəhəri Vyetçi mahalının ərazisində yerləşirdi.
İstinadlar
Kateqoriya:Vyetnam şəhərləri