FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı sürətli şahmat üzrə komandalar arasında keçirilən beynəlxalq yarışdır. Çempionat Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən WR Logistics GmbH ilə dəstəyi ilə 26-28 avqust 2023-cü il tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçirilibInternational Chess Federation (FIDE), 2023. Inaugural World Rapid Team Championship: Registration open for all. Available at: https://www.fide.com/news/2354 ].
Ümumi məlumat FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı İsveçrə yarış sistemi üzrə keçirilib və 12 turdan ibarət olub. Turnirin qaydalarına görə, hər komandada ən azı bir qadın oyunçu olmalı idi. Eyni zamanda, hər komandanın ən az bir oyunçusu (yarışda qeydiyyat tarixi etibarilə) FİDE standart, rapid və ya blitz reytinqlərində heç vaxt 2000 Elo xalı əldə etməmiş olmalı idi. Bununla, çempionatda inklüzivlik, müxtəliflik və ədalətli təmsilçilik təmin edilibInternational Chess Federation (FIDE), n.d. Regulations for the FIDE World Rapid Team Championship 2023. Available at: https://handbook.fide.com/files/handbook/WRTC2023Regulations.pdf [Accessed on August 05, 2023] .
İştirakçılar Çempionatın iştirakçıları arasında Vişvanatan Anand, Vladimir Kramnik, Hou Yifan, Mariya Muzyçuk və Aleksandra Kosteniuk kimi keçmiş dünya çempionları ilə yanaşı, dünya çempionatı gümüş medalçıları, Dünya Kuboku qalibləri, sürətli və blitz şahmat üzrə keçmiş dünya çempionları da yer alıblarChessBase, 2023. Star-studded World Team Rapid Chess Championship. Available at: https://en.chessbase.com/post/star-studded-world-team-rapid-chess-championship .
Ümumilikdə, dünyanın dörd bir yanından olan təqribən 300 iştirakçı, o cümlədən 15-dən çox Olimpiya çempionu yarışmaq üçün 36 komanda formalaşdırıblarChess-Results.com, n.d. 2023 World Rapid Team Championship. Available at: https://chess-results.com/tnr802387.aspx [Accessed on August 16, 2023].
+Ən yüksək reytinqli iştirakçılar Nailiyyət Oyunçu Komanda Reytinq, Rapid(1 avqust 2023 tarixinə)International Chess Federation (FIDE), n.d. Top chess players. Available at: https://ratings.fide.com/ [Accessed on August 1, 2023]. Klassik şahmat üzrə keçmiş dünya çempionlarıGreen, N., 2023. All The World Chess Champions. Available at: https://www.chess.com/article/view/world-chess-champions Vişvanatan Anand Freedom 2751 Vladimir Kramnik Chess pensioners 2739 Hou İfan WR Chess 2537 Aleksandra Kostenyuk WR Chess 2523 Mariya Muzıçuk Ashdod Elit Chess Club 2470 Dünya Çempionatı ikinciləri Yan Nepomnyaşşiy WR Chess 2762 Fabiano Karuana Kompetenzakademie Allstars 2763 Boris Gelfand Rishon LeZion Chess Club 2619 Dünya Kuboku qalibləriMcGourty, C., 2021. Jan-Krzysztof Duda wins the FIDE World Cup. Available at: https://chess24.com/en/read/news/jan-krzysztof-duda-wins-the-fide-world-cup Levon Aronyan Kompetenzakademie Allstars 2763 Pyotr Svidler Chess pensioners 2737 Yan-Krjiştof Duda WR Chess 2760 Blitz Şahmat üzrə Qadınlar arasında 2022-ci il dünya şempionuHarding, T., 2016. A Brief History of Fast Chess. Available at: https://web.archive.org/web/20170103172317/https://worldchess.com/2016/12/25/a-brief-history-of-fast-chess/ Bibisara Assaubayeva Uzbekistan 2432 Rapid Şahmat üzrə sabiq dünya çempionlarıInternational Chess Federation (FIDE), 2016. The winners of FIDE World Rapid & Blitz Championships. Available at: https://old.fide.com/component/content/article/1-fide-news/9975-the-winners-of-fide-world-rapid-a-blitz-championships.html Nodirbek Abdusattorov WR Chess 2724 Daniil Dubov Freedom 2723 Blitz Şahmat üzrə sabiq dünya çempionlarıMaksim Vaşye-LaqravASV AlphaEchecs LINZ2762Aleksandr QrişukASV AlphaEchecs LINZ2724 Lener Dominqes Chess pensioners 2705 Katerina Laqno ASV AlphaEchecs LINZ 2483
Favoritlər və seçilənlər Hələ yarışdan əvvəl, heyətin təcrübəsi və orta komanda reytinqini nəzərə alaraq, FİDE aşağıdakı komandaları ən güclü və açıq favoritlər kimi göstərmişdiInternational Chess Federation (FIDE), 2023. Düsseldorf hosts the inaugural World Team Rapid Championship. [Online] Available at: https://www.fide.com/news/2548 .
Freedom (Rixard Rapport, Vişvanatan Anand, Daniil Dubov, Santoş Qucrathi Vidit, Evgeni Najer, Polina Şuvalova, Aleksandr Şapiro) ; WR Chess (Yan Nepomnyaşşiy, Yan-Krjiştof Duda, Uesli So, Nodirbek Abdusattorov, Vinsent Keymer, R. Praqnanandha, Hou İfan, Aleksandra Kostenyuk, Vadim Rozenştayn); Kompetenzakademie Allstars ( Fabiano Karuana, Levon Aronyan, D.Qukeş, Sebastyan Zibrext, Nino Batsiaşvili, Keti Çaçalaşvili, Rayner Beker, Manfred Şnayder); Chess Pensioners (Vladimir Kramnik, Pyotr Svidler, Lener Dominqes, Darmen Sadvakasov, Yovanka Huska, Kristof Barati, Dennis Köniq, Miron Ananiev, Yaroslav Ananiev).
Format və qaydalar FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatında komandalar üzrə İsveçrə yarış sistemi tətbiq edilirdi. Komandalarda 6-9 oyunçu olmaqla, hər gedişə 10 saniyə əlavə olunan 15 dəqiqəlik oyunlarda bir-biri ilə rəqabət aparırdılar. Hər turda komandalar qalibiyyətə görə 2 xal, heç-heçəyə görə isə 1 xal qazanırdılar. Məğlubiyyətə görə xal qazanılmırdı. Turnirin sonunda ən çox xalı olan komanda Rapid Şahmat üzrə Komanda Dünya Çempiou titulunu qazanıb.
Mükafat fondu Çempionatın mükafat fondu ümumilikdə 250.000 avro təşkil edib. Yekunda liderlərin xalları bərabər olsaydı, pul mükafatı onların arasında bərabər bölünəcəkdiSchach in Deutschland, 2023. FIDE World Rapid Team Championship in Düsseldorf: Freiwillige gesucht! - Deutscher Schachbund. Available at: https://www.schachbund.de/news/fide-world-rapid-team-championship-in-duesseldorf-freiwillige-gesucht.html [Accessed on August 16, 2023]English Chess Federation, 2023. World Rapid Team Championship. Available at: https://www.englishchess.org.uk/new-world-rapid-team-championship [Accessed on August 16, 2023]. +Mükafat cədvəli Yer Komanda mükafatı 1 €100.000 2 €60.000 3 €40.000 4 €25.000 5 €12.500 1-ci "2400 altı" €12.500 Cəmi € 250.000
Cədvəl Çempionat üç günü əhatə edib. Tarix Tədbir Başlanğıc saatı (Almaniya vaxtı ilə) 26 avqust Texniki görüş 10:30 Açılış mərasimi 13:00 I tur 13:30 II tur 15:30 III tur 17:30 IV tur 19:30 27 avqust V tur 13:30 VI tur 15:30 VII tur 17:30 VIII tur 19:30 28 avqust IX tur 13:30 X tur 15:30 XI tur 17:30 XII tur 19:30 Qapanış mərasimi 21:00
Nəticələr İlk FİDE Dünya Sürətli Komanda Çempionu adına 12 matçdan 2 heç-heçə və 10 qalibiyyət ilə ümumilikdə 22 xal toplamış "WR Chess" komandası layiq olub. İkinci yerdə “Freedom” komandası 20, "MGD1" komandası isə 18 xalla üçüncü pillədə qərarlaşıb. Dinamik heyətə malik "Columbus Energy KingsOfChess Kraków" komandası 2400-dən aşağı reytinq kateqoriyasında birinci olub. Bundan əlavə, Hessendən olan on bir yaşlı vunderkind Christian Glöckler ən yaxşı gənc oyunçu kimi xüsusi mükafata layiq görülübInternational Chess Federation (FIDE), 2023. WR Chess triumphs as inaugural FIDE World Rapid Team Champions. Available at: https://www.fide.com/news/2616 .
Yarışın dönüm nöqtəsi 5-ci turda "WR Chess" komandasının açıq favorit “Freedom” komandasını 5:1 hesablı ilə darmadağın etməsi olub. Bu turda Yan-Krjiştof Duda, R.Praqnanandha, Hou İfan və Vadim Rozenştayn oyunlarında qalib gələrkən, Uesli So və Yan Nepomnyaşşiy müvafiq olaraq Vişi Anand və Daniil Dubovla heç-heçəyə razılaşıblar. Yer Komanda Oyun Xal Tay-breyk 1 Tay-breyk 2 1 WR Chess 12 22 702 51 2 Freedom 12 20 582.5 46.5 3 Team MGD1 12 18 628.5 47.5 4 Armenia 12 17 544.5 44 5 Germany and Friends 12 15 533 39.5 6 ASV AlphaEchecs Linz 12 14 549 45 7 Columbus Energy KingsOfChess Kraków 12 14 482 41.5 8 Berlin Chess Federation 12 14 449.5 37.5 9 Six-pack 12 13 497 39.5 10 Chess Pensioners 12 13 485.5 37.5 11 KompetenzakademieAllstars 12 13 473 41 12 Chessbrah OFM 12 13 465.5 43 13 Ashdod Elit Chess Club 12 13 448 37.5 14 FIDE Management Board 12 13 425 38.5 15 Düsseldorfer Schachklub 1914/25 e.V. 12 13 414 39.5 16 Team Chessemy.com 12 13 356 35 17 Rishon LeZion Chess Club 12 12 451 40.5 18 Schachverein Hemer 12 12 364 34.5 19 Doppelbauer Kiel 12 12 353.5 37 20 The Sharks 12 12 353 36 21 Kenya Commercial Bank Chess Club 12 12 284 37 22 Chess Wizzards 12 12 268 37 23 Mitropa Chess Association 12 12 249.5 36.5 24 Blerickse Schaakvereniging 12 12 230.5 35 25 Deutsche Schachjugend 1 12 11 336.5 31 26 Ukrainian Amators 12 11 302.5 29.5 27 Wensing & Pöbel 12 11 286 31 28 Aachener Schachverein von 1856 12 11 274 33.5 29 PhileKhoob Chess Club 12 11 257.5 36 30 Africa 12 10 338.5 33.5 31 Heilbronn Hustlers 12 10 289.5 33.5 32 École Polytechnique Française de Lausanne 12 8 244 34 33 Neustadt Weinstraße 12 6 190 27.5 34 MagdeBurg and Friends 12 6 141.5 22 35 Deutsche Schachjugend 2 12 2 58 10 36 Unischach Bayreuth 12 1 148.5 17
İstinadlar
Xarici keçidlər
FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatının rəsmi saytı Kateqoriya:Şahmat Kateqoriya:FİDE