Qleb Anatolyeviç Panfilov (; ) — Rusiya və Sovet rejissoru və ssenaristi.
Həyatı Qleb Panfilov 21 may 1934-cü ildə Maqnitoqorskda doğulub. 1957-ci ildə Ural Politexnik İnstitutunun kimya fakültəsini bitirir. 1961-ci ildə Sverdlovsk televiziyasında çalışmağa başlayır. 1960–1963-cü illərdə Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda operatorluq fakültəsində qiyabi təhsil alır, sonra isə rejissorluq şöbəsində əyani təhsilə keçir. 1966-cı ildə Lenfilmdə çalışmağa başlayaraq, orada 1967-ci ildə "В огне брода нет" (Yanğında keçid yoxdur) adlı ilk bədii filmini çəkir. 1970-ci ildə "Начало" (Başlanğıc) filmini çəkir. Filmin çəkilişləri zamanı Panfilov aktrisa İnna Çurikova ilə ailə həyatı qurur. O vaxtdan bəri o, onun ilham pərisinə çevrilir. Rejissorun başqa məşhur işləri arasında "Прошу слова" (Söz istəyirəm), "Тема" (Mövzu), "Валентина" (Valentina), "Васса" (Vassa), "Мать" (Ana) kimi filmlər var. Panfilov həyat yoldaşı İnna Çurikovanın ölümündən yeddi ay sonra 2023-cü il avqustun 26-da 89 yaşında Moskvada vəfat etdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qızıl Qartal mükafatı laureatları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni zabitləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvləri