Gennadi Mixayloviç Sokolski () — sovet və rus rejissor, animator, quruluşçu rəssam, illüstrator, ssenarist.

Həyatı 1 dekabr 1937-ci ildə Moskvada anadan olub. 1959–1961-ci illər arasında "Soyuzmultfilm" kinostudiyasının təşkil etdiyini animasiya kurslarında təhsil alıb. Kursu bitirdikdən sonra o, studiyanın işçi heyətinə qəbul edilmiş və bir neçə il "Soyuzmultfilm" kinostudiyasının ən yaxşı animatorlarından biri olaraq fəaliyyət göstərmişdir.

O, 1969-cu ildən başlayaraq müstəqil olaraq rejissor kimi fəaliyyətə başlayıb. Roman Kaçanovun bədii rəhbərliyi altında " Şən karusel " almanaxının ilk əfsanəvi buraxılışında debüt etmişdir. Bu almanaxda Gennadi Sokolski " Düşərsən əlimə!", burada Canavar və Dovşan obrazlarına ilk dəfə rast gəlinirdi . Sonradan rejissor Vyaçeslav Kotyonochkin uzun müddət süjet xəttində bu personajlar arasında baş verən toqquşmalarının davamlılığında uğurlu işlər ərsəyə gətirdi.

Rejissorluğa keçən Sokolski SSRİ animasiya sənayesinin görkəmli nümunələrinə çevrilmiş bir sıra cizgi filmləri səhnələşdirdi. O, rejissor kimi sovet-yapon filmi olan tammetrajlı trilogiyanı (rejissor K. Yoshida) " Pinqvin Lolo'nun sərgüzəştləri ", bütün dünyada məşhur idi.

O, 1990-cı illərin ortalarından başlayaraq kitab illüstrasiyası ilə məşğul olmağa və tədricən animasiyadan uzaqlaşmağa başladı .

O, 2014-cü il dekabrın 27-də 77 yaşında uzun sürən xəstəlik ardından Moskvada vəfat etmişdir . Nəşi Moskvadakı Pyatnitski qəbiristanlığında dəfn edilmişdir.

Təltifləri Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı (2 dekabr 2011-ci il) — Rusiya animasiyasına verdiyi böyük töhfəyə, uzun illər boyunca göstərdiyi təqdirə layiq fəaliyyətinə görə və rus cizgi film sənayesinin 100 illik yubileyi şərəfinə

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Donskoye qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Rusiya ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri