Konstantinovka mərkəzi bazarına raket zərbəsi () — Ukraynanın Donetsk vilayətinə aid Konstantinovka şəhərinin mərkəzi bazarında, 6 sentyabr 2023-cü il tarixində, yerli vaxtla 14:00 radələrində gerçəkləşdirilmiş ballistik raket hücumu. Hücumun Rusiya–Ukrayna müharibəsinin bir parçası olaraq Rusiya Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hücum nəticəsində bazarda olan 17 nəfər həlak olub, azı 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bazara hücum ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynaya rəsmi səfərə başlamasından bir necə saat əvvəl baş verib. Belə ki, Entoni Blinkenin olduğu təyyarə Kiyevə enməzdən 2 saat əvvəl bazara ballistik raketlərlə zərbələr endirilib. Ukraynanın Baş Naziri Denis Şmıqal baş vermiş raket hücumuna adekvat cavab veriləcəyini açıqlayıb.

thumb|left|350px|Ukrayna Silahlı Qüvvələrinə mənsub hərbi jurnalistlərin Konstantinovda yerləşən mərkəzi bazarda baş vermiş ballistik hücumu izah edən video sujeti.

İstinadlar

Kateqoriya:2023-cü ildə Ukrayna Kateqoriya:Konstantinovka