və ya əsl adı ilə – Yaponiya karikaturçusu və manqakası. Siyasi karikaturlar çəkmişdir.

Həyatı Yoşiyuki Katayama 1947-ci ildə Yaponiyanın Naqoya şəhərində doğulmuşdur. Naqoya yerləşən Nanzan Universitetində təhsil alarkən yerli qəzetlər üçün satirik karikaturlar çəkməyə başlamışdır. Sarariman kimi işlədikdən 1978-ci ildə tam şəkildə karikaturçu kimi işləməyə başlamışdır.

Tokoro tənqidlərini daha az aydın göstərməyin bir neçə yolunu yoxladıqdan sonra siyasi fiqurları cüssəli və gödək təsvir edən üsluba keçmişdir. 1985-ci ilin mayında "Mainichi Shimbun" qəzetində karikaturçu kimi işləməyə başlamışdır. O, qəzet üçün həftəlik siyasi karikaturlar çəkmək üçün son xəbər başlıqlarından istifadə edirdi. Onun siyasi karikaturları kabinet inaqurasiyaları və Liberal Demokratik Partiyasında yeni təyinatlar kimi mövzularda olan məqalələrdə istifadə olunurdu.

Tokoro xərçəng xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq karikatur karyerasına davam etmişdir. Onun son işi 17 sentyabr 2023-cü ildə nəşr olunmuşdur. 16 sentyabr 2023-cü ildə mədə xərçəngi səbəbilə ölmüşdür.

Mükafatları 1993-cü ildə Nihon Bunqeyka Klubunun incəsənət mükafatına layiq görmüşdür. 2009-cu ildə "Seiji Manga" adlı əsərinə görə Yaponiya Karikaturçular Assosiasiyasının Baş Mükafatını qazanmışdır.

İstinadlar

Xarici keçidlər PeoplePill

Kateqoriya:Ayçi prefekturasının manqakaları Kateqoriya:Yaponiya karikaturçuları Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:Yaponiyada xərçəng xəstəliyindən ölənlər