Ser Maykl Con Qembon (; ) – ingilis və irland aktyor. 2004–2011-ci illərdə "Harri Potter" film seriyasında canlandırdığı Albus Dambldor roluna görə tanınır.
Altı onillik karyerası ərzində o, üç Olivier mükafatı və dörd BAFTA TV mükafatı almışdır. 1998-ci ildə dramaturgiyadakı xidmətlərinə görə Kraliça II Yelizaveta tərəfindən cəngavər mükafatını almışdır.
Həyatı Maykl Con Qembon 19 oktyabr 1940-cı ildə Dublin şəhərinin Kabra bölgəsində doğulmuşdur. Anası dərzi, atası isə İkinci Dünya müharibəsi zamanı mühəndislik operatoru olmuşdur. Qembonun altı yaşı olanda ailəsi ilə birlikdə Londona köçmüşdür.
Karyerası
Teatr Maykl Qembon sənətə teatr sahəsində başlamışdır. 1962-ci ildə "Otello" tamaşasında çıxış edərək aktyor kimi debüt etmişdir. Növbəti illərdə Vilyam Şekspirin digər tamaşalarında çıxış etmişdir. 1995-ci ildə "Göy işığı" tamaşasındakı roluna görə Toni mükafatına namizəd göstərilmişdir. 2004-cü ildə Semyuel Bekketinin "Oyun sonu" tamaşasında baş rolda çıxış etmişdir.
Film Qembon film karyerasına 1965-ci ildə Britaniyada çəkilmiş "Otello" filmi ilə başlamışdır. Daha sonra "Gecədən başqa heç nə" (1973) və "Ölməli olan məxluq" (1974) kimi filmlərdə çıxış etməyə davam etmişdir. 1997-ci ildə çəkilmiş "Qumarbaz" filmində Fyodor Dostoyevskini canlandırmışdır. 1990-cı illərdə "Oyuncaqlar" (1992) və "Yuxulu dərə" (1999) kimi müxtəlif filmlərdə çıxış etmişdir.
Maykl Qembonun ən çox tanındığı film rolu "Harri Potter" seriyasındakı Albus Dambldor obrazı olmuşdur. O, Riçard Harrisin ölümündən sonra seriyanın qalan filmlərində Dambldoru canlandırmışdır. 2010-cu ildə "Kralın nitqi" filmində kral V Corcu canlandırmışdır.
Şəxsi həyatı 1962-ci ildə riyaziyyatçı Anna Miller ilə evlənmişdir. Qembon şəxsi həyatının məxfiliyinə önəm vermiş, həyat yoldaşı barədə sualları cavablandırmaqdan imtina etmişdir. Cütlüyün yeganə övladı olan Ferqus keramika mütəxəssisidir.
Ölümü Qembon 27 sentyabr 2023-cü ildə 82 yaşında pnevmaniya səbəbilə Vithemdə ölmüşdür.
İstinadlar
Xarici keçidlər Bioqrafiyası Tiscali-də
Kateqoriya:İngiltərə aktyorları Kateqoriya:İrlandiya aktyorları Kateqoriya:Ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Teatr aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları