Ukraynada növbəti prezident seçkiləri 2024-cü ilin mart və ya aprel ayında keçirilməli idi. Lakin Rusiya–Ukrayna müharibəsinə görə Ukraynada 24 fevral 2022-ci ildən hərbi vəziyyət qüvvədə olduğundan, Ukrayna qanunları hərbi vəziyyətin qüvvədə olduğu vaxt prezident seçkilərinin keçirilməsinə icazə vermədiyi üçün seçkilər təxirə salındı. Hərbi vəziyyət parlamentin təsdiqi ilə tammiqyaslı işğaldan sonra 90 günlük fasilələrlə uzadılmış və ən son (2026-cı ilin mayında) 19-cu dəfə 2 avqust 2026-cı ilə qədər uzadılmışdır.

Hazırkı prezident Volodimir Zelenski təkrar namizəd olub-olmayacağı barədə heç bir açıqlama verməmişdi. 2025-ci ilin yanvarındakı bir müsahibədə ikinci dönəmin hazırda hədəfi olmadığını və ya bunun onun diqqət mərkəzində olmadığını, ancaq qərarın müharibənin nəticəsindən asılı olacağını qeyd etmişdir. 25 sentyabr 2025-ci ildə Zelenski müharibə başa çatdıqdan sonra ikinci müddət üçün namizəd olmayacağını bildirmişdir. Daha sonra, 15 dekabr 2025-ci ildə növbəti seçki müharibə zamanı olarsa, namizədliyini irəli sürəcəyini və seçkinin sülh dövründə keçiriləcəyi təqdirdə namizəd olub-olmayacağına əmin olmadığını söylədi.

Arxa plan

Seçkilərin təxirə salınması Ukraynanın "Hərbi vəziyyətin hüquqi rejimi haqqında" qanununun 19-cu maddəsi hərbi vəziyyət şəraitində prezident, parlament və yerli seçkiləri qadağan edir, qanunun 10-cu maddəsinə görə isə hərbi vəziyyət altında ikən Ukrayna Prezidentinin, parlamentinin və Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam verilə bilməz. Ukrayna Konstitusiyasının 108-ci maddəsinə əsasən Ukrayna Prezidenti öz vəzifə səlahiyyətlərini Ukraynanın seçilmiş yeni prezidenti vəzifəsinə başlayana qədər icra etməlidir, hətta hazırkı prezident Volodimir Zelenskinin 2019-cu ildə seçildiyi 5 illik müddət sona çatsa belə, o, sonrakı prezident and içənə qədər hüquqi şəkildə bu vəzifənin icrasına davam edə bilər.

Qanuni qadağa ilə yanaşı, Ukraynada həm hökumət, həm də müxalifət siyasətçiləri Rusiya ilə müharibə davam etdiyi üçün təhlükəsizlik və köçkün seçicilərlə bağlı narahatlıqları nəzərə alaraq, 2024-cü il seçkilərinin mümkünlüyünü şübhə altına aldılar. Rusiya 2024-cü ilin oktyabrına qədər Ukrayna ərazisinin 18%-nə nəzarət edir və 14 milyona yaxın ukraynalı ya xaricə qaçıb, ya da ölkə daxilində didərgin düşüb. Seçkilərin təxirə salınması üçün digər səbəblərə isə seçicilər üçün təhlükə və Rusiyanın bombardmanı nəticəsində səsvermə prosesinin mümkün pozulması, Ukraynanın Rusiya nəzarətindəki ərazilərində vətəndaşlarının səs verə bilməməsi, əsgərlərin səs verə bilməməsi və ya seçkilərdə namizəd kimi iştirak edə bilməməsi, zədələnmiş seçki infrastrukturu, milyonlarla köçkün seçicini əks etdirmək üçün yenilənməmiş köhnəlmiş seçici reyestri, hərbi vəziyyətlə bağlı seçki kampaniyalarının məhdudlaşdırılması və məhdud hüquqlar və müxalifət namizədləri üçün ədalətli rəqabət ortamının olmaması və büdcənin olmaması daxildir.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən 2023-cü ilin oktyabrında açıqlanan sorğuya əsasən, ukraynalıların 81%-i müharibə bitənə qədər seçkilərin keçirilməsini istəmir və 200-dən çox vətəndaş cəmiyyəti institutu, QHT və insan haqları qrupları rəsmi olaraq müharibə zamanı seçkilərin keçirilməsinə qarşı çıxıb. Zelenski 2023-cü ilin noyabrında Avropa Həmrəyliyi partiyasından olan deputat Oleksiy Honçarenkonun Zelenskinin seçkiləri 31 mart 2024-cü ildə keçirmək barədə qərara gəldiyinə dair iddiasına cavab kimi "indi bunun üçün uyğun vaxt deyil" demişdir. Noyabrın sonlarında Ali Radada təmsil olunan bütün siyasi partiyalar hərbi vəziyyət başa çatanadək hər hansı bir milli seçkinin keçirilməsinin təxirə salınması barədə razılaşdıqları sənədi imzaladılar və hərbi vəziyyətin ləğv olunmasından sonra, ən tez 6 ay sonra baş tutacaq və müharibədən sonra keçiriləcək ilk seçkiləri tənzimləyəcək xüsusi qanunlar üzərində çalışmaq barədə razılaşdılar.

Seçkilərin təxirə salınması Rusiya hökumət nümayəndələri tərəfindən tənqid edilib. Kremlin sözçüsü Dmitri Peskov iddia edib ki, bu addım Zelenskini formal legitimlikdən məhrum edib; Rusiya 2024-cü ildə öz prezident seçkilərini keçirdi və beynəlxalq müşahidəçilər tərəfindən seçkilərdə misli görünməmiş saxtakarlıq və qanun pozuntularına yol verildiyi qeyd edildi.

26 fevral 2025-ci ildə oxşar qətnamə üzrə əvvəlki uğursuz səsvermədən sonra Ali Rada hərbi vəziyyət dövründə seçkilərin keçirilməməsi barədə qərar qəbul etdi və həmçinin Rusiya–Ukrayna müharibəsi başa çatdıqdan sonra prezident seçkilərini keçirməyi öz öhdəsinə götürdü. 6 mart 2025-ci ildə müxalif siyasətçilər Petro Poroşenko və Yuliya Timoşenko ABŞ nümayəndələri ilə müzakirələr apardıqlarını açıqladıqdan sonra müharibə zamanı keçiriləcək seçkilərə qarşı olduqlarını təsdiqlədilər.

Seçki sistemi Ukrayna Prezidenti iki turlu sistemlə beş il müddətinə seçilir, birinci turda heç bir namizəd mütləq səs çoxluğu əldə etməzsə, birinci turdan üç həftə sonra ikinci tur təşkil olunur. Konstitusiyanın 103-cü maddəsinə əsasən, prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi halda, yeni prezidentin seçilməsi üçün seçkilər əvvəlki prezident vəzifəsini tərk etdikdən sonra, 90 gün ərzində keçirilməlidir.

Konstitusiyaya görə prezident beş il olmaqla, iki müddətdən artıq vəzifədə qala bilməz, baxmayaraq ki, yalnız Leonid Kuçma iki müddət vəzifədə olub.

Namizədlər

Namizəd olacağını açıqlayanlar AdTəvəllüdPartiya mənsubiyyətiTutduğu vəzifələrVacib tarixlər117x117px|borderDedoplistsqaro, Gürcüstan SSR, SSRİBitərəfUkrayna Prezident Aparatının müşaviri (2020–2023)Ukrayna üzrə Üçtərəfli Təmas Qrupunun spikeri (2020–2022)117x117px|borderBolqrad, Odessa vilayətiAvropa HəmrəyliyiXalq deputatı (1998–2007, 2012–14, 2019–h.h.)Ukrayna Prezidenti (2014–2019)Ticarət və iqtisadi inkişaf naziri (2012)Xarici işlər naziri (2009–2010)

Mümkün namizədlər AdTəvəllüdPartiya mənsubiyyətiTutduğu vəzifələrQeydlər117x117px|borderNovoqrad-Volınsk, Jitomir vilayətiBitərəfUkraynanın Böyük Britaniyadakı səfiri (2024–h.h.)Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı (2021–2024)Siyasətə girib-girməyəcəyi tez-tez danışılır və sorğularda aparıcı namizədlər arasında yer alır.117x117px|borderKrivoy Roq, Dnepropetrovsk vilayətiXalqın XidmətçisiUkrayna Prezidenti (2019–h.h.)Müharibə bitdikdən sonra ikinci müddət üçün namizəd olmayacağını bildirib. Daha sonra növbəti seçki müharibə zamanı olarsa, namizədliyini irəli sürəcəyini və seçkinin sülh dövründə keçiriləcəyi təqdirdə namizəd olub-olmayacağına əmin olmadığını söylədi.

İstinadlar

növbəti prezident növbəti