Nərgiz Məhəmmədi (; ) — iranlı hüquq müdafiəçisi və alim. O, Nobel Sülh Mükafatı laureatı Şirin Ebadinin rəhbərlik etdiyi İnsan Haqlarının Müdafiəçiləri Mərkəzinin (İHM) vitse-prezidentidir. O, İranda hicaba itaətsizlik etməklə kütləvi feminist vətəndaş itaətsizliyinin səsli tərəfdarıdır və 2023-cü ilin hicab və iffət proqramının kəskin tənqidçisidir. 2016-cı ilin mayında o, Tehranda "ölüm cəzasının ləğvi üçün kampaniya aparan insan haqları hərəkatı" yaratdığına və idarə etdiyinə görə 16 il həbs cəzasına məhkum edildi. 2020-ci ildə azad edildi, lakin 2021-ci ildə yenidən həbsxanaya göndərildi.
Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının "Cəsarət" mükafatı verilib. O, 2023-cü ilin yanvarında "Olof Palme" mükafatına layiq görülüb. 2023-cü il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına "Dünya Mətbuat Azadlığı" mükafatına layiq görülüblər. Nərgiz Məhəmmədi 2023-cü ildə Nobel Sülh Mükafatı laureatı olub.
İstinadlar
Kateqoriya:Nobel mükafatlı qadınlar Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:İranlı Nobel mükafatı laureatları Kateqoriya:İranda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İranlı məhbuslar və məhkumlar Kateqoriya:İranda siyasi məhbuslar