Reim musiqi festivalı qətliamı () - İsrailin Cənub dairəsinə daxil olan Reim adlı kibbutz kollektiv icmasında 2023-cü ilin 7 oktyabr tarixində yerli vaxtla səhər saatlarında Həmas tərəfindən gerçəkləşdirilmiş terror aktı. Festival iştirakçılarının gülləbaran edilməsi fonunda baş vermiş qətliam nəticəsində ən azı 260 nəfər həlak olmuşdur. Festival meydançasından qaçmağa çalışan onlarla şəxs Həmas yaraqlıları tərəfindən təqib edilmiş, bəziləri yolda öldürülmüşdür.

Qətliam 7 oktyabrda başlamış Qəzzə–İsrail münaqişəsindən az sonra baş vermişdir. Ərazini tərk edə bilməyən onlarla festival iştirakçıları əsir götürülərək Həmas yaraqlıları tərəfindən Qəzzə zolağına qaçırılmışdır.

İstinadlar

Kateqoriya:Qəzzədə müharibə (2023–hal-hazırda) Kateqoriya:Reim Kateqoriya:İsraildə terror hadisələri Kateqoriya:7 oktyabrdakı hadisələr