Xalq Müdafiə Qüvvələri (, HPG) — Kürdüstan Fəhlə Partiyasının (PKK) hərbi qanadı. HPG 2000-ci ilin yanvarında PKK-nın 7-ci qurultayı zamanı PKK-nın keçmiş hərbi qanadı olan Kürdüstan Xalq Azadlıq Ordusunu (, ARGK) əvəz etmişdir. Əvəzetmə 1999-cu ildə Abdullah Öcalanın ələ keçirilməsindən sonra kürd-türk münaqişəsinin sülh yolu ilə həlli axtarışlarını nümayiş etdirmək məqsədi daşıyırdı. HPG 2013-cü ildə Türkiyə hökuməti ilə PKK arasında aparılan sülh danışıqlarında fəal rol oynamışdır. Qurum Sülh və Demokratiya Partiyasından (BDP) bir neçə siyasətçi, Türkiyə İnsan Hüquqları Assosiasiyası (İHD) üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir. Onlar əsir saxladıqları Türkiyə ordusunun əsgərlərini, eləcə də bir Türkiyə siyasətçini azad etməyə razılaşmışdılar. 2014-cü ildə HPG Sincarda İslam Dövləti (İŞİD) ilə mübarizədə iştirak etmişdir.
İstinadlar
Kateqoriya:Kürdüstan Fəhlə Partiyası Kateqoriya:Terror təşkilatları Kateqoriya:İraq müharibəsi (2013–2017) Kateqoriya:Partizan hərəkatları Kateqoriya:Milli azadlıq hərəkatı