Altınordu Futbol Klubu və ya qısaca Altınordu — İzmirdə yerləşən türk futbol klubu. 26 dekabr 1923-cü ildə yaradılan klubun rəngləri qırmızı və tünd mavidir. İnc. statuslu klubun əksər səhmləri Seyid Məhmət Özkana məxsusdur və klub hazırda 2-ci liqada mübarizə aparır.
Superliqanın ilk mövsümündə iştirak edən 16 komandadan biridir. Klub daha əvvəl 6 dəfə İzmir Futbol Liqasının çempionluğunu qazanıb. Bundan əlavə, 2012–13 mövsümündə 3-cü Liqada, 2013–14 mövsümündə isə 2-ci Liqada çempionluğa yüksəlib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə futbol klubları Kateqoriya:1923-cü ildə Türkiyədə yarananlar