thumb|right|200px| Azərbaycanda fahişəlik — Azərbaycanda ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan təcrübə. Bu, qeyri-qanuni Maddə 524. Fahişəliklə məşğul olmaFahişəliklə məşğul olmağa görə — yüz manat məbləğində cərimə edilir. olsa da geniş yayılıb. Fahişəlik inzibati xətadır və cərimə ilə cəzalandırılır. Əxlaqsızlıq yuvaları saxlama cinayətdir və 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2017-ci ildə əxlaqsızlıq yuvası saxlamağa görə Milli Məclisdə cəzaların sərtləşdirilməsi təklif olunmuşdu. 2018-ci ildə Azərbaycanda 25,054 fahişə olduğu təxmin edilmişdir ki, onların da bəziləri 15–18 yaş arasındadır.
Sovet dövründə KQB-nin nəzarəti altında olanlar istisna olmaqla, fahişəlik qeyri-adi idi və əksəriyyəti xəbərçi idi.
Paytaxt Bakının Badamdar qəsəbəsində fahişələrin müştəri cəlb etdiyi kafelər çoxdur, hansı ki 2011-ci ildə 300-dən çox yerli sakin buna qarşı etiraz aksiyası keçirib. Bakının mərkəzində, Nizami küçəsində (Tarqovı) kafelərdə də fahişələrə rast gəlmək olar.
Ölkə xüsusən İran, BƏƏ və Küveytdən olan kişilərin seks turizmi yeridir.
Seks alveri İnsan alverçiləri yerli və xarici qurbanları Azərbaycanda, alverçilər isə Azərbaycandan olan qurbanları xaricdə istismar edirlər. Azərbaycandan olan qadınlar və uşaqlar ölkə daxilində və İran, Malayziya, Pakistan, Rusiya, Türkiyə və BƏƏ-də seks alverinə məruz qalırlar. Azərbaycan Çin, Rusiya, Türkmənistan, Ukrayna və Özbəkistandan olan seks alveri qurbanları üçün təyinat ölkəsidir. Əvvəlki illərdə Azərbaycan Mərkəzi Asiyadan İran, Türkiyə və BƏƏ-yə seks alveri qurbanları üçün tranzit ölkə kimi istifadə olunub.
2005-ci ildə qəbul edilmiş "İnsan alverinə qarşı mübarizə haqqında" Qanun və Cinayət Məcəlləsinin 144-cü maddəsi (Adam oğurluğu) insan alverini qadağan edir və beş ildən on ilədək həbs cəzası nəzərdə tutur. Hökumət 2017-ci ildə 25 cinsi istismarçı ilə müqayisədə 2018-ci ildə iyirmi altı cinsi istismar hadisəsini araşdırıb və 21 seks alverçisini həbs edib.
2019-cu ildə ABŞ Dövlət Departamentinin İnsan Alverinə Nəzarət və Mübarizə İdarəsi Azərbaycanın reytinqini 2-ci dərəcəli ölkə səviyyəsinə endirib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanda sosial problemlər Kateqoriya:Azərbaycanda insan hüquqları Kateqoriya:Azərbaycanda qadın hüquqları Kateqoriya:Ölkələrinə görə fahişəlik