alt=Photo of both sides of a silver coin with Arabic inscriptions|thumb|280x280px|817-ci ildə İsfahanda zərb edilən gümüş dirhəm. Burada Məmun xəlifə və Əli Rzanın vəlidəhd olaraq göstərilmişdir.
Vəliəhd (, ) — hökmdarın təyin olunmuş varisi üçün ərəb və islam dövlətlərində termin. Ümumi anlayış üçün vəliəhd məqaləsinə baxa bilərsiniz.
Mənşəyi Bu titul erkən xilafətlərdə ortaya çıxmış və istifadəsi ən azı -ci ilə qədər gedib çıxır. Titulun özü birmənalı deyil, çünki "vəli" termini həm "sahib", həm də "varis" mənasını verə bilər. Həmçinin, "vəsiyyət" mənasında olan "əhd" sözünün dəqiq əhatə dairəsi qeyri-müəyyəndir. Bu, Allahın əhdi və ya bütövlükdə bəşəriyyət, əvvəlki xəlifənin və ya müsəlman cəmiyyətinin əhdi kimi şərh edilə bilər. Əməvi xəlifələri (661–750) daha mütləqiyyətçi şərhə üstünlük verirdilər və bu təfsir vasitəsilə onlar Məhəmmədin varisləri mövqeyinə görə birbaşa Allahdan gələn bir mandat iddia edirdilər. 740-cı illərə qədər "vəli əhd əl-müslimin" (; ), hətta "vəli əhd əl-müslimin vəl müslimat" (; ) variantı istifadə olunur. Bu, ya müsəlman ümmətinin vərəsə beyət etməsi, ya da varisin müsəlman ümməti ilə əhdin davamçısı olması mənasındadır. Bu termin ilk Abbasi xəlifələri (750–1258) dövründə xəlifə varisinin adi adı kimi təsbit edilmişdir.
Həmçinin bax
Şəhzadə
Mənbə
İstinadlar
Ədəbiyyat Ayalon, A. (2002). "Walī al-ʿAhd". In Bearman, P. J.; Bianquis, Th.; Bosworth, C. E.; van Donzel, E. & Heinrichs, W. P. (eds.). Encyclopaedia of Islam. Volume XI: W–Z (2nd ed.). Leiden: E. J. Brill. pp. 125–126. ISBN 978-90-04-12756-2.
Əlavə ədəbiyyat
Kateqoriya:Vəliəhd Kateqoriya:Vəliəhdlər Kateqoriya:Taxt namizədləri Kateqoriya:Ərəb dilində sözlər və ifadələr