Cüli Delpi ( ) — fransız-amerikalı aktrisa, rejissor, bəstəkar və müğənni. O, Nyu-York Universitetinin nəzdində olan Tiş İncəsənət Məktəbində kino təhsili alıb. Cüli o vaxtdan bəri 30-dan çox filmə çəkilib. Onun diqqətəlayiq əsərlərindən bəziləri "Europa Europa", "Voyager", "Three Colours: White", "Əvvəl" trilogiyası, "An American Werewolf in Paris" və "2 Days in Paris" filmləridir.

Cüli üç "Sezar", iki "Onlayn Film Tənqidçiləri Cəmiyyəti" və iki "Oskar" mükafatına namizəd olub. O, 1990-cı ildə ABŞ-a köçmüşdür. 2001-ci ildə ABŞ vətəndaşı olmuşdur.

Həyatı Cüli Delpi Parisdə anadan olub. Albert Delpi və Mari Pilletin yeganə övladıdır. Atası əslən Vyetnamdan olan fransız aktyoru və teatr rejissoru idi. Anası isə bədii filmlər və avanqard teatrdakı işi ilə tanınan fransız aktrisası idi. Onun anası 1971-ci ildə 343-cü Manifesti () imzalamışdı. Bu manifest öz bədənləri, xüsusən də reproduktiv hüquqlarla bağlı seçim etmək hüquqlarını tələb edən qadınların imzaladığı sənəd idi. O zaman Fransada abort etmək qeyri-qanuni idi. Cülinin 2007-ci ildə ekranlara çıxan "2 Days in Paris" filmində personajın anası onun öz anası tərəfindən canlandırılmışdır. Bu filmdə həmin hadisəyə yer verilmişdir. Anası Mari Pilett 2009-cu ildə vəfat edib.

Filmoqrafiya Sübhdən əvvəl (1995) Gün batımından əvvəl (2004) Gecəyarısından əvvəl (2014)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Fransa aktrisaları Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ feministləri Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:ABŞ film bəstəkarları Kateqoriya:Fransa müğənniləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Feminist musiqiçilər Kateqoriya:Uşaq aktyorlar