Con Kendrü (; ) — ingilis biokimyaçı və molekulyar biologiya sahəsində mütəxəssis. London Kral Cəmiyyətinin üzvü (1960) Kendrew; Sir; John Cowdery (1917–1997), ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (1972)John Kendrew (англ.). nasonline.org. Дата обращения: 7 августа 2019. Архивировано 18 декабря 2018 года.

Bioqrafiyası Con Kendrü 24 mart 1917-ci ildə Oksfordda anadan olub.

O, Kembric Universitetini bitirib (1939), burada 1946-cı ildən rentgen difraksiya analizindən istifadə edərək zülal molekullarının strukturunun tam deşifrə edilməsi üzərində işləyirdi.

1962-ci ildə "Qlobulyar proteinlərin strukturlarının tədqiqinə görə" kimya üzrə Nobel mükafatını qazandı (Maks Peruç ilə birlikdə).

1965-ci ildə elmə verdiyi mühüm töhfəyə görə alim London Kral Cəmiyyətinin Kral Medalı ilə təltif edilmişdirRoyal Medal Архивная копия от 25 сентября 2015 на Wayback MachineRoyal Medal Архивная копия от 25 сентября 2015 на Wayback Machine.

1992-ci ildə "İnsanlığa Xəbərdarlığı" imzaladıWorld Scientists' Warning To Humanity. stanford.edu (18 noyabr 1992). Məlumatın tarixi: 25 iyun 2019. Архивировано из оригинала 6 декабря 1998 года..

Con Kendrü 23 avqust 1997-ci ildə Kembricdə vəfat edib.

Əsas işləri 1957-ci ildə o, ilk dəfə mioqlobin zülal molekulunda polipeptid zəncirlərinin fəza düzülməsini təyin etdi. 1959-cu ildə o, Linus Pauling tərəfindən 1951-ci ildə proqnozlaşdırılan α-spiralların mövcudluğunu təsdiqləyən ətraflı strukturunu qurdu. "Journal of Molecular Biology"nin təsisçisi və baş redaktoru idi.

Mükafatları Kimya üzrə "Nobel" mükafatı (1962), Maks Peruç ilə birlikdə Kral medalı (1965) Elmi Nailiyyətlərə görə Uilyam Prokter mükafatı (1988)

İstinadlar

Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Kembric Universitetinin müəllimləri Kateqoriya:XX əsr bioloqları