xAI — İlon Mask tərəfindən 2023-cü ilin martında qurulan süni intellekt (Sİ) sahəsində çalışan ABŞ startap şirkəti.

Zəmin 2015-ci ildə Mask Sİ tədqiqat şirkəti OpenAI-də ilk direktorlar şurasına qoşuldu. O OpenAI-yə 1 milyard dollar sərmayə qoydu, lakin 2018-ci ildə Sİ təhlükəsizliyi ilə bağlı fikir ayrılığı nəticəsində idarəçiliyi təhvil almaq üçün verilən uğursuz təklifdən sonra idarə heyətini tərk etdi.

2023-cü ilin aprelində Financial Times bildirdi ki, Mask süni intellekt startapı yaratmağı planlaşdırır və potensial yeni geniş dil modeli üçün minlərlə Nvidia GPU prosessoru satın alıb.

xAI 9 mart 2023-cü ildə Nevada ştatında İlon Mask tərəfindən təsis edilib. Şirkətin veb-saytında 2023-cü ilin iyul ayına olan məlumata görə, "xAI-nin məqsədi kainatın əsl mahiyyətini anlamaqdır".

Tarixi Mask 2023-cü il iyulun 12-də xAI-nin yarandığını rəsmən elan etdi. Tarix (7 + 12 + 23 = 42) Duqlas Adamsın "Avtostopçunun Qalaktika bələdçisi" romanına (hansı ki, superkompüter həyat, kainat və hər şeylə bağlı son sualın cavabının 42 olduğunu hesablayır) və şirkətin "kainatı anlamaq" missiyasına istinad edilərək seçilib. Şirkətin baş ofisi Kaliforniyanın San-Fransisko körfəz bölgəsində yerləşir.

Layihənin rəhbərlərinin fikrincə, xAI-nin məqsədlərindən biri müasir modellərdə tapılmayan qabaqcıl riyazi mülahizələrə qadir olan süni intellekt yaratmaqdır.

Noyabrın 3-də Mask, xAI-nin ilk süni intellekt modelini "seçilmiş qrup"a təqdim edəcəyini bildirdi. 4 noyabr 2023-cü ildə Mask və xAI, yalnız Premium+ abunəçiləri üçün Twitter ilə sıx inteqrasiya olunmuş Sİ çatbotu Grok-u elan etdi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İlon Mask Kateqoriya:San-Fransisko Körfəz Bölgəsi şirkətləri Kateqoriya:Süni intellekt şirkətləri Kateqoriya:ABŞ korporativlərinin törəmə şirkətləri Kateqoriya:ABŞ proqram təminatı şirkətləri