Mollahəsənli — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Antropooykonim Molla Həsən şəxs adından və mənsubluq bildirən "-li" şəkilçisindən düzəlib. Yaşayış məntəqəsini vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs saldığına görə onun adı ilə aldandırılmışdır.

Tarixi Yerli məlumata görə, kəndi vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs salıb.

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19994722472252009↗515↗258↗257

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Mollahəsənli kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir.

Mədəniyyəti Kənddə Mollahəsənli kənd kitabxana filialı, Mollahəsənli kənd klubu fəaliyyət göstərir.

Təhsil Kənddə Daşkəsən rayon Mollahəsənli kənd tam orta məktəbi fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Mollahəsənli kənd tibb məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Əhmədli (Əhmədli, Daşkəsən) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri