Google Fuchsia — Google tərəfindən hazırlanmış açıq mənbəli, qabiliyyət əsaslı əməliyyat sistemi. Google-un ChromeOS və Android kimi Linux əsaslı əməliyyat sistemlərindən fərqli olaraq, Fuchsia Zircon adlı xüsusi nüvəyə əsaslanır. O, heç bir rəsmi korporativ elan olmadan 2016-cı ilin avqustunda özünə məxsus git anbarı kimi buraxılıb. Bir neçə illik tərtibatdan sonra onun rəsmi məhsulu 2021-ci ildə birinci nəsil Google Nest Hub-da Linux əsaslı Cast OS-ni əvəz etdi. Etimologiya Fuchsia adını çəhrayı və bənövşəyi rəngin qarışığı olan fuşya rəngindən (açıq bənövşəyi) almışdır. Bu ad Fuchsia layihəsinin komanda üzvlərinin təsirləndiyi Apple daxilindəki iki əməliyyat sistemi layihəsinə istinad edir: Taligent (kod adı "Pink") və iOS (kod adı "Purple"). Rəngə əsaslanan adlandırma sxemi Apple işçilərinin öz ideyalarını tərtib etmək üçün istifadə etdiyi indeks kartlarının rənglərindən irəli gəlir.

Fuşya rənginin adı botanik Leonart Fuksin şərəfinə adlandırılan Fuchsia bitkisindən götürülmüşdür.

Tarixi 2016-cı ilin avqustunda bəzi media orqanları GitHub-da yayımlanan sirli mənbə kodu anbarı haqqında məlumat verdi və Google-un Fuchsia adlı yeni əməliyyat sistemi hazırladığını bildirdi. Kod haqqında heç bir rəsmi açıqlama verilmədi, lakin kodun analizi onun müxtəlif cihazlarda — avtomobillərdəki məlumat-əyləncə sistemlərində, işıqforlarda, rəqəmsal saatlarda, smartfonlarda, planşetlərdə və kompüterlərdə işləyə bilmə qabiliyyətini ortaya çıxartdı. Onun arxitekturası əvvəllər Magenta adlanan unikal Zirkon nüvəsinə görə Linux əsaslı Android və ChromeOS-dan tamamilə fərqlənir.

2017-ci ilin may ayında Ars Technica Fuchsia-nın yeni istifadəçi interfeysi haqqında yazdı, bu interfeys avqust ayında ilk dəfə təqdim edilən komanda sətri interfeysinin təkmilləşdirilməsi idi. Tərtibatçılardan biri Fuchsia-nın "oyuncaq və ya yan layihə olmadığını və bunun artıq əhəmiyyət vermədikləri ölü layihə olmadığını" bildirdi. Fuchsia-nı test edə bilən istifadəçilər "heç bir şey etməyən interfeyslər"lərə görə heç bir şeyin işləmədiyini bildirdilər. Onlar Fuchsia-nın interfeysi ilə Android arasında "Son Proqramlar", Parametrlər menyusu və eyni anda birdən çox proqrama baxmaq üçün bölünmüş ekran görünüşü kimi bir çox oxşarlıqlar tapdılar. Bir çox media orqanı layihənin Android ilə sıx əlaqəsi olduğunu yazırdı və bəziləri bunun Fuchsia-nın Android-i problemlərini həll etmək üçün "yenidən yaratmaq" və ya dəyişdirmək cəhdi ola biləcəyini düşünürdülər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Google proqram təminatı Kateqoriya:C++ proqram təminatı Kateqoriya:Gözlənilən proqram təminatları