To Hell with It — İngiltərə musiqiçisi PinkPantheress-in debüt miksteypi. 15 oktyabr 2021-ci ildə "Parlophone" və "Elektra Records" tərəfindən buraxılıb. PinkPantheress 2021-ci ilin əvvəllərində TikTok-da mahnılarının qısa snippetlərini paylaşmağa başlamışdır. Onun iki mahnısı "Pain" və "Break It Off" sözügedən tətbiqdə olduqca populyarlaşıb. O, bundan sonra Parlophone və Elektra-dan müqavilə təklifi alıb. Miksetypdən üç sinql təqdim etmişdir: "Passion", "Just for Me" və "I Must Apologise".
"To Hell with It" 2000-ci illərdən ilham alınaraq hazırlanmış və uğursuz münasibətlər, o cümlədən yeniyetməlik, tərk edilmə və həsrətlə bağlı sözləri ehtiva edən mahnılardan ibarət musiqi albomudur. Əksər mahnılar sempllar vasitəsilə yaradılıb. Musiqi üslubu dans-pop, liquid funk və Böyük Britaniya qarajının qarışığıdır.
Miksteyp buraxıldıqdan sonra tənqidçilər tərəfindən müsbət qarşılanıb. Sempl istifadəsi, nostalji hissi və PinkPantheress-in vokalları bəyənilib. Miksteyp Billboard, Time və Rolling Stone-un tərtib etdiyi ilin ən yaxşı albomları siyahılarında yer almışdır. İlk buraxıldığı zaman UK Albums Chart-da 20-ci, İrlandiya Albomları Qrafikinə isə 36-cı sıraya yüksəlib. Miksteypdən olan hər bir sinql UK Singles Chart-a daxil olmuşdur. Onlardan ikisi ("Pain" və "Just for Me") çartın ilk 40-ında qərarlaşmışdır. "To Hell with It"-in remiks mahnılarından təşkil edilmiş versiyası da var və bu, 28 yanvar 2022-ci ildə təqdim edilib.
Trek siyahısı
İstinadlar
Kateqoriya:PinkPantheress albomları