Azərbaycan mədəni mühitiAzərbaycan linqvistik və mədəni-məişət mühiti (Магомедханов, 2008. səh. 42), Azərbaycan türk ənənəsi sferası (Gasimova, 2015. səh. 119), Azərbaycan sferası (Salazkina, M. (2023)), Azərbaycan türk mədəni mühiti (Sarpkaya, S. (2022)) və s. Həmçinin bax: Adlandırılması nümunələri və ya Azərbaycan dünyası — azərbaycanlıların və azərbaycanlılaşmış icmaların təşkil etdiyi mühit. Tarix boyunca Azərbaycan dili və mədəniyyətinin mövcud olduğu ərazi siyasi hadisələrlə bağlı olaraq daim dəyişikliyə məruz qalmışdır. Mühitin mədəni təsiri azərbaycanlılarla birlikdə yaşayan və ya onlarla əlaqələrə malik icmalarda hiss edilir.
XIII–XIV əsrlərdə Azərbaycan dili sadəcə Azərbaycanın yox, İran, İraq və qismən Şərqi Anadolunun türklərinin ədəbi dili idi. Mehmed Fuad Köprülü qeyd edir ki, hal-hazırda Azərbaycan dili adlandırılan türk ədəbi dialekti tarixən Xorasandan Anadoluya, Qafqazdan Bağdada qədər yayılmışdı. Azərbaycan dilinin adlandırılması məsələsində belə bir fikir irəli sürülmüşdür ki, "Azərbaycan dili" adı bu dilin tarixi yayılma arealını əhatə etmir. Bu dil təkcə tarixi Azərbaycan ərazisində yox, Mərkəzi və Şərqi Anadolu, İran, İraq, Xorasan və digər ölkələrdə də mövcud olmuşdur.
Qərbi Anadolu (Osmanlı) türk dili ilə Azərbaycan dili arasındakı sərhəd XIV əsrin II yarısında görülməyə başlanmışdır. Məhəmməd Ərgin bu sərhədi Samsun-Sivas-İskəndərun xəttində görür. Kiçik Asiyanı 2 hissəyə bölən bu xəttin şərq hissəsi Azərbaycan dilinin dialektlərinin yayıldığı ərazidir. XV əsrin əvvəllərində Yavuz Sultan Səlimin Şah İsmayıl Xətai üzərində qələbəsindən sonra Kiçik Asiyanın şərq hissəsi Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. Ancaq Osmanlı ədəbi dilinin Şərqi Anadoluda yayılması əsrlər boyunca davam edən bir proses olmuş, bu regionun şairləri Azərbaycan dilində əsərlər yaratmağa davam etmişdir. Eynən İraqda da əvvəlcə ədəbi türk dili Azərbaycan dili olmuş, Osmanlı fəthindən sonra isə bu dil Osmanlı türkcəsi ilə əvəzlənmişdir.
Azərbaycan dili tarixən Cənubi Dağıstanda ikinci dil və linqva franka kimi istifadə edilmişdir. Ancaq 1929-cu ildə Dağıstanda təhsil Azərbaycan dili yerinə yerli dillərdə və rus dilində aparılmağa başlanmışdır. 1950-ci illərdən etibarən rus dili ilə rəqabətə dözə bilmədiyi üçün Dağıstanda Azərbaycan dilinin istifadəsi geriləmişdir.
Sovet dövrü deportasiyaları ilə Ermənistanda azərbaycanlılarının sayı azalmış, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılar Ermənistan, Dağlıq Qarabağ və ətraf 7 rayondan çıxarılmışdır. 2020–2023-cü illərdə keçirilən hərbi əməliyyatlardan sonra azərbaycanlıların Dağlıq Qarabağ və ətraf 7 rayonda yenidən məskunlaşdırılmasına başlanmış, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Cəbrayıl, Kəlbəcər, Ağdam, Xocavənd və Zəngilan şəhərlərində azərbaycanlıların ilkin olaraq məskunlaşdırılması təmin edilmişdir. Ermənistan azərbaycanlıları isə Qərbi Azərbaycan İcması quraraq "Ermənistana qayıdış konsepsiyası" irəli sürmüşdür.
Adlandırılması nümunələri Təsvir etmək üçün istifadə edilən adAzərbaycan dilində adNəzərdə tutulan ərazi və ya mövzuAzərbaycan linqvistik və mədəni-məişət mühitiDərbəndAzərbaycan türk ənənəsi sferasıÜmumi Azərbaycan ədəbiyyatı ənənəsi (page 516)Azərbaycanın mədəni-linqvistik davamıŞərqi TürkiyəSalazkina, M. (2023). Cultural Heritage in World Socialist Cinema. In World Socialist Cinema: Alliances, Affinities, and Solidarities in the Global Cold War (1st ed., Vol. 4, pp. 205–241). University of California Press. https://doi.org/10.2307/jj.1791904.12 (page 212)Azərbaycan sferasıSarpkaya, S. (2022). AZERBAYCAN TÜRKLERİNİN EFSANELERİNDE EKOFOLKLOR BAKIŞ AÇISIYLA AV, SU VE AĞAÇ . Folklor Akademi Dergisi, 5(1), 59–77. https://doi.org/10.55666/folklor.1087187 (page 64)Azərbaycan türk mədəni mühitiÜmumiAzərbaycan diasporu
Ərazi
Azərbaycan mühitinin beynəlxalq mövqeyi
Azərbaycan türk mədəni mühiti ərazisinə görə Türk dünyasının mərkəzi mövqeyindədir. Azərbaycan dili türkmən və Türkiyə türkcəsi ilə birlikdə qərb oğuzcasına aid edilir. Nikolay Baskakov Azərbaycan dilini Türkiyə türkcəsi, urumca və Krım türkcəsi ilə bir yerdə, türk dillərinin qərbi hun budağının oğuz qrupunun oğuz-səlcuq alt qrupuna aid edirdi.Гаджиева Н. З. Тюркские языки // Языки языки: Тюркские языки. — М., 1997. — С. 18–20. Azərbaycan ədəbiyyatı Osmanlı, Türkmən və Çağatay ədəbiyyatları arasında körpü rolunu oynamışdır. Osmanlı dövlətində paytaxtdan uzaq regionlarda, həcc və ticarət yollarında hərəkət edən karvanlar vasitəsilə, Osmanlı şairləri ilə Azərbaycan və Şərqi türk şairləri arasında, qəzəl və digər nəzm növlərinin bir növ "mübadilə"si aparılmışdır.AY, Ümran. "KLASİK TÜRK ŞİİRİNDE ‘GİDELÜM BÂRİ ŞEHRÜŊDEN’ REDİFLİ GAZELLER ÜZERİNE BİR İNCELEME". Eski Türk Edebiyatı Araştırmaları Dergisi [Journal Of Old Turkish Literature Researches], c. 6, sy. 4, 2023, ss. 902–23, doi:10.58659/estad.1389967. Son forması Azərbaycanda tamamlanmış və yazıya köçürülmüş "Kitabi-Dədə Qorqud" dastanı Ağqoyunlulardan daha qədim tarixə malik olsa da, şimal-şərqdə Xorasan, şimalda Qafqaz, gürcü və abxaz dövlətləri, Trabzon imperiyası, cənubda Fərat hövzəsi, Mardin, Diyarbəkiri əhatə etməklə Ümman dənizinə qədər yayılmış bu imperiyanın və oğuz-türkmən ulusunun dastanı hesab edilir. Azəri türk ənənəsi sferasına zərdüştçülük ideyaları, qədim türk, ərəb və fars əfsanələri, hətta qədim Mesopotamiya miflərinin də daxil olduğu sosial və tarixi mühit təsir etmişdir.
1920–1930-cu illərdə Bakı şəhəri bütün türk xalqlarının mədəni həyatının mərkəzinə çevrilmişdir. Burada Tatarıstan, Özbəkistan, türkdilli Krım, Türkiyə və s. yerlərin görkəmli ziyalıları yaşayır və fəaliyyət göstərirdilər.Ашнин Ф. Д., Алпатов В. М., Насилов Д. М. Репрессированная тюркология . Москва: Издательская фирма "Восточная литература" РАН, 2002, 296 с. ISBN 5020183385 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultay keçirilmişdir. Azərbaycanın Şəki (2016) və Şuşa (2023) şəhərləri Türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir.
Bakıda 2017 İslam Həmrəyliyi Oyunları keçirilmiş, Azərbaycanın Naxçıvan (2018) və Şuşa (2024) şəhərləri "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Azərbaycanda 2012 Avroviziya Mahnı Müsabiqəsi və 2015 Avropa Oyunları keçirilmiş, Gəncə şəhəri 2016-cı ildə "Avropa Gənclər Paytaxtı" seçilmişdir. Laçın şəhəri 2025-ci il üçün "MDB-nin mədəniyyət paytaxtı" elan edilmişdir.
2024-cü ildə Azərbaycan və Özbəkistan müttəfiq olmuş, iki ölkənin mədəniyyət nazirlikləri mədəni-humanitar əməkdaşlıq üzrə yol xəritəsini imzalamışdır. Müttəfiqlik müqaviləsində hər iki tərəf "yaradıcı ittifaqlar və birliklər, mədəniyyət, ədəbiyyat, elm, təhsil və incəsənət xadimləri arasında tarixən yaranmış əlaqələr və təmaslar əsasında ümumi mədəni-humanitar məkanın qorunub saxlanması və möhkəmləndirilməsi üçün şərait təmin edilməsi"ni öhdəlik kimi öz üzərilərinə götürüblər.
Azərbaycanlı əhalinin məskunlaşma əraziləri
250px|thumb|right|Qafqazın etnik xəritəsi 1995-ci ildə. 250px|thumb|Dağıstanda Azərbaycan dilinin Aşağı Qatrux ləhcəsində "Ziyaratlar, siz bizim Vetene olmusiz dayağ" şeiri Azərbaycanlıların tarixi topluluğu cənubda Qızılüzən çayından şimalda Böyük Qafqaz dağlarına, şərqdə Xəzərdən qərbdə Gürcüstan və Ermənistana qədər olan ərazidə ortaya çıxmışdır.История Азербайджана. — Баку: Изд-во АН Азербайджанской ССР, 1960. — Т. 2. — С. 272. İranda azərbaycanlılar İran Azərbaycanından başqa Həmədan və Kürdüstan vilayətlərində, həmçinin Qəzvin vilayətinin şimal hissələrində yaşayırlar. Rusiyada azərbaycanlılar ənənəvi olaraq Cənubi Dağıstanda yaşamışdır.Исламмагомедов А. И. Дореволюционное поселение дагестанских азербайджанцев // Быт сельского населения Дагестана (XIX — нач. XX вв.). — Махачкала: Дагестанское учебно-педагог. изд-во Госкомиздата ДАССР, 1981. — С. 17.
Azərbaycanlıların yaşadığı bölgələrdə türkləşmənin ilk mərhələsi XI əsrdə şimalda (Şirvan istisna olmaqla) Səlcuqların uc torpaqlarında, XII əsrdə isə cənubda (İran Azərbaycanında) başlamışdır. XII–XV əsrlərdə xüsusilə Arranın ətəkləri türk köçəri tayfalarının intensiv şəkildə məskunlaşdığı yerlər olmuşdur. Bunun nəticəsində region tədricən türk-iran mənşəli toponim olan "Qarabağ" ilə adlandırılmışdır. XIV–XV əsrlərdə Qarabağın düzlük hissəsi demək olar ki, tamamilə türkləşmişdi.Закавказье в XI–XV вв. // История Востока / Под ред. Р. Б. Рыбакова. — М.: Восточная литература РАН, 1997.
Əsrlər boyunca davam edən dini və siyasi ziddiyyətlərə görə, azərbaycanlılar Türkiyə türklərindən etnik baxımdan ayrılmışdır.L. Johanson. Azerbaijanian // Concise Encyclopedia of Language of the World (англ.). — Elsevier, 2009. — P. 110−113. — ISBN 978-0-08-087774-7. Osmanlı türkləri və Azərbaycan türkləri arasında etnik sərhəd XVI əsrdə mövcud idi, ancaq tam müəyyən edilməmişdi. Səfəvi İranı və Osmanlı imperiyasının müəyyən edilmiş sərhədləri demək olar ki, azərbaycanlılarla Osmanlı türklərinin etnik sərhədini əks etdirir.А. П. Новосельцев, В. Т. Пашуто, Л. В. Черепнин. Пути развития феодализма. — Наука, 1972. — С. 56–57.
XI əsr Səlcuq yürüşlərindən başlayaraq, müxtəlif köçəri türk tayfaları Ermənistan ərazisində yerləşmişdir.Armenians // Encyclopedia of the Peoples of Africa and the Middle East / Jamie Stokes. — NY: Facts on File, 2009. — С. 54. — P. 52–66. — 880 p. — ISBN 9781438126760. Bu, monqol dövründə də davam etmiş,Canard M., Cahen Cl., Deny J. Arminiya // Encyclopaedia of Islam. — Leiden: BRILL, 1986. — Т. I. — С. 639. Teymurilər dövründə (1386—XV əsrin əvvəlləri) isə Ermənistanda türk tayfaları geniş bir şəkildə yerləşmiş, İslam dominant din olmuşdur.Dickran Kouymjian[en]. Armenia from the Fall of the Cilician Kingdom (1375) to the Forced Emigration under Shah Abbas (1604) // The Armenian People from Ancient to Modern Times / Richard G. Hovannisian. — NY: Palgrave Macmillan, 1997. — С. 3. — P. 1–50. — 493 p. — ISBN 0312101686. — ISBN 9780312101688. Qacar tayfası Teymurilərin dövründə İrəvan bölgəsində yerləşdirilmişdir.Кузнецова Н. А. Иран в первой половине XIX века / Ганковский Ю. В.. — М.: Наука. Главная редакция восточной литературы, 1983. — С. 9. — 265 с. XIV əsrin əvvəllərində Konya sultanlığının süqutundan sonra ayrımlı, saatlı və seyidli-axsaxlı adlı üç hissəyə bölünən tayfa Ermənistana köçmüşdür.И. Шопен. Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи. — Санкт-Петербург: Императорская Академия наук, 1852. — С. 536. Səfəvi dövründə də qızılbaş tayfaları Ermənistanda yerləşdirilmişdir.История Востока: в шести томах. — М.: "Восточная литература" РАН, 2000. — Т. III. — С. 113. XIX əsrin əvvəllərində azərbaycanlıların Pəmbək və Şörəyeldə yerləşdirilməsi davam etmişdir.Н. Г. Волкова. Этнические процессы в Закавказье в XIX–XX вв. // Кавказский этнографический сборник / В. К. Гарданов. — М., 1969. — № Вып. IV. — С. 3–54.