Qaladərəsi — Azərbaycan Respublikasının Şamaxı rayonunun Qaleybuğurd kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Qala çayının (Ağsu çaynın qolu) sahilində, dağətəyi ərazidədir. Əhalisi 143 nəfərdir (2009), 36 təsərrüfatı var. İlkin əhalisi qonşu Qaleybuğurd və başqa kəndlərdən gələrək qazmalar şəklində məskunlaşarmış və sonralar kənd yaşayış məskəni kimi formalaşmışdır. Qaladərəsi kəndi yerləşdiyi ərazinin relyefinə uyğun Qaleybuğurd qalasına yaxın çay dərəsində yerləşdiyinə görə Qaladərəsi adlandırılmışdır.“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 11N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.117
Əhalisi Kənd əhalisi 140 nəfərdir ki, onunda 64 nəfəri kişi, 78 nəfəri isə qadınlar təşkil edir.
İstinadlar
Kateqoriya:Şamaxı rayonunun kəndləri