thumb| Evakuasiya Günü və Vaşinqtonun Nyu-Yorka daxil olması. Evakuasiya Günü — 25 noyabr 1783-cü ildə, ABŞ İstiqlal müharibəsindən sonra Britaniya hakimiyyətinin son qalıqlarının Nyu-Yorkdakı Manhetten ərazisini tərk etdiyi gün. Britaniyalıların evakuasiyasından sonra general Corc Vaşinqton Kontinental Ordunu şəhərə daxil etmişdir. Müharibənin son gülləsi britaniyalı atıcının Nyu-York buxtasının girişində Staten-Aylend sahilində toplaşan istehzalı qışqıran kütləyə topla atəş açması zamanı atılmışdır. Bu zaman heç kim xəsarət almamışdır, top gülləsi sahildən bir az yan keçərək suya düşmüşdür.
İstinadlar
Əlavə ədəbiyyat
Hood, Clifton. An Unusable Past: Urban Elites, New York City’s Evacuation Day, and the Transformations of Memory Culture, Journal of Social History, Summer 2004.
Kateqoriya:Nyu-York ştatında mədəniyyət Kateqoriya:Amerika inqilabı