Çarlz Malkolm Makdauell () — amerikalı kinorejissor və ssenarist. O, rejissorluq debütünü 2014-cü ildə ekranlara çıxan "Sevdiyim insan" filmi ilə etmişdir. Çarli Netflix üçün 2017-ci ildə "The Discovery" və 2022-ci ildə "Windfall" adlı iki dram filmi yazıb rejissorluq edib.

Həyatı Çarli Makdauell 10 iyul 1983-cü ildə Los-Ancelesdə anadan olub. Onun valideynləri ingilis aktyoru Malkolm Makdauell və amerikalı aktrisa Meri Stinburqendir. Çarlinin 22 yanvar 1981-ci ildə anadan olmuş Lilli adlı böyük bacısı və atasının Kelley Kuhr ilə evliliyindən dünyaya gəlmiş üç kiçik ögey qardaşı var. Onun ögey atası aktyor Ted Dansondur.

Filmoqrafiya Qısametrajlı filmlər İl Ad Rejissor Yazar 2006 Bye Bye Benjamin

Çəkdiyi filmlər İlAdRejissorProdücerYazar 2014 Sevdiyim insan 2017 The Discovery 2022 Windfall

Televiziya İlAdQeydlər2016Silicon Valley2 epizodUntitled Sarah Silverman ProjectTV filmi2017-2018Dear White People2 epizod2018LegionEpizod "Chapter 15"2019On Becoming a God in Central Florida2 epizod;icraçı prodüser2020Tales from the LoopEpizod "Parallel"Dispatches from ElsewhereEpizod "The Boy"

İstinadlar

Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:Hollandəsilli amerikalılar