İsmət və ya digər adı Adətin məhviMəmməd Süleymanov. Azərbaycanda çadra əleyhinə hərəkat — Səriyyə Xəlilovanın Bakını ayağa qaldıran qətli. teleqraf.com — 1934-cü ildə istehsal olunmuş Azərbaycan filmi.Musayeva, G. "İsmət" filminin 75 yaşı qeyd olunub: [Kinorejissor Mikayıl Mikayılovun çəkdiyi eyni adlı film haqqında] //525-ci qəzet.- 2010.- 10 mart.- S. 7.

Film SSRİ-nin ilk illərində həm də dinlə mübarizə və ateizmin təbliği məqsədilə çəkilib.

Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir.

Məzmun Kino əsərinin əsasını təyyarəçi qadının həyatıTahirqızı, Ü. Şərqin əfsanəvi xanımı: Leyla Məmmədbəyova: O, müharibə dövrü ərzində 4000 paraşütçü-desant hazırlamışdı: ["İsmət" filmində baş rolun ifaçısı, təyyarəçi qadın Leyla Məmmədbəyova haqqında] //Xalq cəbhəsi.- 2014.- 5 aprel.- S.15. və 1933-cü ildə doğmaları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Səriyyə Xəlilovanın dramatik taleyi təşkil edir.

Köhnə adətlərdən irəli gələn bir çox maneələri aşaraq, filmin qəhrəmanı ilk azərbaycanlı təyyarəçi qadın olur.

Süjet "İsmət" filmin süjeti belədir: İsmətin çalışdığı toxuculuq müəssisəsindən bir qrup işçi onlara qəyyumluq edən təyyarəçilərə qonaq olur. Təyyarəçilər qonaqlardan bir neçəsini təyyarə ilə gəzdirmək qərarına gəlirlər. Təşəbbüsə qoşulan İsmətin təyyarədə külək çadrasını aparır.

Film haqqında Film ilk Azərbaycanlı qadın təyyarəçi Leyla Məmmədbəyovaya ithaf olunmuşdur.Kazımzadə, A. Kinomuzun “İsməti”: ["İsmət" filmində baş rolun ifaçısı, təyyarəçi qadın Leyla Məmmədbəyova haqqında] //Kaspi.- 2014.- 15-17 mart.- S. 22-23.Əfsanə Bayramqızı, Alman zabitini diz çökdürən Azərbaycan qızı , Xalq qəzeti.- 2015.- 24 may.- S.11.

Əli Bayramov klubunun üzvü, qadınlar arasında fəal iş aparan Səriyyə Xəlilova 1933-cü ildə qardaşı və atası tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. İsmət Səriyyənin prototipidir.

Filmdə dekorasiyalardan geniş istifadə olunub. Çəkiliş vaxtı 27 dekorasiya qurulub.

Filmin heyəti

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Mikayıl Mikayılov, Qriqori Braginski Quruluşçu rejissor: Mikayıl Mikayılov Quruluşçu operator: Fyodor Novitski Quruluşçu rəssam: Viktor Aden Rejissor assistenti: Məmməd Babayev, Heydər Vəzirov Operator assistenti: Mirzə Mustafayev

Rollarda Juka Mixelson — İsmət İ.Daşdəmirov — Yunis Xeyri Əmirzadə — Səməd Əzizə Məmmədova — Səmədin anası Möhsün Sənani — Dükançı Qulu Panfiliya Tanailidi — Ara həkimi Əlisəttar Məlikov — Məmməd P.Murza — Toxucu Fatma Həqiqət Rzayeva — Həqiqət Mirzə Əli — Molla Hacı Əli Qurbanov — qoçu İzzət Oruczadə Əhməd Qəmərlinski

İstinadlar

Mənbə Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. “Azərbaycanın kino tarixindən...” ["Kəndlilər", "İsmət", "Gilan qızı", "Fətəli xan" və "Səbuhi" filmləri haqqında] //Kino yenilikləri.- 1968, № 29-30. — səh. 7. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970. "Almaz", "İsmət", "Gilan qızı"... yenidən ekranda. //Kino yenilikləri.- 1970.- 21-30-dək. Газ. "Бакинский рабочий". 27 апреля 1984 г. "Kino yenilikləri" qəzeti. 1 iyun 1984-cü il. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 31-35; 96. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813. Покорение небо. Журнал "Баку". Номер: Март — Апрель, 2011. Mükərrəmoğlu, M. 75 il ekranlarda: [Azərbaycan Dövlət Film Fondunda "İsmət" filminin 75 illiyi münasibətilə tədbir keçirildi] //Xalq qəzeti.- 2010.- 10 mart.- S. 5.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1934-cü ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Səssiz filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Azərbaycanfilm Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Pilotlar haqqında filmlər