Vadi rəhmət qəbiristanlığı — Təbrizin əsas qəbiristanlığı. Qəbiristanlıq şəhərin cənub şərqində yerləşir. Qəbiristanlıqda İran–İraq müharibəsində dünyasını dəyişmiş hərbi qulluqçular və Təbriz sakinləri dəfn olunublar.
Qəbiristanlıqda dəfn olunanlar Aylar Həqqi - 2022-ci ildə Təbrizdə baş tutmuş etiraz aksiyasında öldürülmüş tələbə. Əbülhəsən xan İqbali Azər - Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri. Salamulla Cavid - Azərbaycan Milli hökumətinin üzvü, daxili işlər naziri. Səməd Sərdariniya - tanınmış tarixçi və tədqiqatçı, bir neçə tarixi kitabın müəllifi. Seyid Camal Turabi Təbatəbayi - İran numizmatikasının atası Əlaəddin Melmasi - fotoqraf, tərcüməçi, müəllim, dilçi, şair və kimyaçı. Həsən Dəmirçi - Süsən Nəvadə Razi - Əziz Purvəli - milli mədəni fəal. Tohid Novruzi - musiqiçi. Əsgər Yusifinejad - rejissor.
Qəbiristanlıqda baş verən hadisələr Dünyasını dəyişmiş musiqiçi və bəstəkar Tohid Novruzi 2022-ci ilin yanvar ayında qəbiristanlığın incəsənət xadimləri bölməsində musiqiçilərin ifaları altında dəfn edilib.
Həmçinin bax
İstinadlar
Kateqoriya:Qəbiristanlıqlar