Paniran rəngləri — İrandilli xalqların ortaq mənşəyini simvollaşdıran rənglər toplusu. Onlara əsas olaraq qırmızı, ağ, yaşıl və bəzən sarı və ya qızıl rəngləri daxildir. Onlar əksər İrandilli dövlət və xalqlarının bayraqlarında istifadə olunan rənglərdir.
Tarixi Paniran rənglərinin kökü antik dövrlərdən qaynaqlanır. "Avesta"ya görə, qədim İran cəmiyyətinin tam azad əhalisi hər biri müəyyən rənglə bağlı olan üç sinfə bölünürdü:
Hərbi zadəganlıq (avestaca: raθaē-štar) – qırmızı rəng hərbi şücaət və qan və yüksək ideallar naminə fədakarlıq rəmzidir və ona görə də ən hörmətli və nəcib sayılır; Mobəd (āθravan) – ağ rəng mənəviyyat, mənəvi saflıq, təmizlik və müqəddəslik rəmzidir; Pastoralist-fermer icması (vāstrya fšuyant) – yaşıl rəng təbiəti, gəncliyi və firavanlığı simvollaşdırır.
Pamir icmasında bu günə qədər qırmızı rəng xoşbəxtlik, rifah və sevinc, ağ rəng saflıq və aydınlıq, yaşıl rəng isə gənclik və firavanlıq anlayışlarını simvollaşdırır.Зоолишоева Ш. Ф. Символика цвета в шугнано-рушанской национальной одежде // Языки и этнография "Крыши мира". СПб.: "Петербургское Востоковедение", 2005. — 112 с. — стр. 39 /
Qırmızı, ağ və yaşıl rənglərdən istifadə ənənəsi Əhəmənilər imperiyasında yaranmışdır və o vaxtdan da davam etdirilir.
Həmçinin bax Paniranizm
İstinadlar
Kateqoriya:Veksillologiya Kateqoriya:İrandilli xalqlar Kateqoriya:İran tarixi Kateqoriya:İran mədəniyyəti Kateqoriya:Tacikistan tarixi