Maks Vertheymer ( ) — yəhudi əsilli Almaniya psixoloqu, geştalt psixologiyanın banilərindən biri .

İki il hüquq təhsili aldıqdan sonra o, fəlsəfə ilə məşğul olmağa qərar verdi. Vürtsburq Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir (1904, elmi rəhbəri - Osvald Külpe) . 1910-cu illərdə o, Frankfurt Universitetinin Psixologiya İnstitutunda işləmiş və burada qavrayışla bağlı tədqiqatlarla maraqlanmışdır. İki köməkçisi Volfqanq Köler və Kurt Koffka ilə birlikdə taxistoskopda təqdim olunan təsvirlərin hərəkətinin təsiri ilə bağlı araşdırma apardı, bundan sonra məşhur "Hərəkətin qavranılmasının eksperimental tədqiqatları" məqaləsini dərc etdi (1912). 1916-1925-ci illərdə Berlində yaşayıb işləmiş, sonra professor kimi Frankfurta qayıtmışdır.

1933-cü il martın əvvəlində Vertheymer Almaniyanı tərk etdi və artıq Çexoslovakiyada Alvin Consondan Nyu-Yorkdakı Yeni Sosial Tədqiqatlar MəktəbinəKrohn C.-D. Intellectuals in Exile: Refugee Scholars and the New School for Social Research. Univ. of Massachusetts Press, 1993. Стр. 66. müəllim kimi dəvət aldı, burada on il ərzində psixologiya kafedrasına rəhbərlik etdi. Sonradan buraya onun tələbəsi Solomon Aş rəhbərlik etmişdi.

Onun nəzəriyyəsinin yeganə nisbətən tam ifadəsi, təxminən iyirmi illik nəşrə hazırlaşdıqdan sonra 1943-cü ildə ölümündən bir neçə həftə əvvəl nəşr etdirdiyi "Məhsuldar düşüncə" kitabıdır. İstinadlar

Kateqoriya:Karlov Universitetinin məzunları Kateqoriya:Almaniya psixoloqları Kateqoriya:Vikipediya:Vikiverilənlərdə Azərbaycan dilinə tərcümə olunmamış elementlər olan məqalələr Kateqoriya:Berlin Humboldt Universitetinin müəllimləri Kateqoriya:İohann Volfqanq Göte adına Frankfurt Universitetinin müəllimləri Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:ABŞ alimləri