Uilyam Lipskomb (; ) – Amerika kimyaçısı, Nobel mükafatı laureatı. Əsas tədqiqatları nüvə maqnit rezonansı, nəzəri kimya, bor kimyası və biokimya üzrə olub.

Bioqrafiyası Əsas anları

U. Lipskomb Ohayo ştatının Klivlend şəhərində 1919-cu ildə anadan olub. 1920-ci ildə ailəsi Kentukki ştatının Leksinqton şəhərinə köçdü,"William Lipscomb – Autobiography" Архивная копия от 5 августа 2010 на Wayback Machine. Nobelprize.org. Retrieved 2012–02-01 1941-ci ildə Kentukki Universitetində kimya üzrə bakalavr dərəcəsi alana qədər burada yaşadı. 1946-cı ilə qədər Kaliforniya Texnologiya İnstitutunda kimya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.

1946–1959-cu illərdə Minnesota Universitetində dərs demişdir. 1959–1990-cı illərdə Harvard Universitetində kimya professoru, 1990-cı ildən isə fəxri professoru olmuşdur.

U. Lipskomb 1944-cü ildən 1983-cü ilə qədər Meri Adele Sargentlə evli idi.LorraineGilmer02 (View posts) (2007–09-27). "obit fyi – Mary Adele Sargent Lipscomb, 1923 Ca. – 2007 NC – Sargent – Family History & Genealogy Message Board – Ancestry.com" Архивная копия от 2 апреля 2012 на Wayback Machine. Boards.ancestry.com. Retrieved 2012–02-01. Onların üç övladı var idi, onlardan biri cəmi bir neçə saat yaşamışdı. 1983-cü ildə ikinci dəfə Cean Evans ilə evləndi.Maugh II, Thomas H. (2011–04-16). "OBITUARY: William N. Lipscomb dies at 91; won Nobel Prize in chemistry – Los Angeles Times" Архивная копия от 24 июля 2013 на Wayback Machine. Articles.latimes.com. Retrieved 2012–02-01. Onların bir övladlığa götürülmüş qızı var idi.

U. Lipskomb 2011-ci ilə qədər Massaçusets ştatının Kembric şəhərində yaşayıb və 2011-ci ilin aprel ayının 14-də sətəlcəmdən dünyasını dəyişib.Kauffman, George B.; Jean-Pierre Adloff (19 July 2011). "William Nunn Lipscomb Jr. (1919–2011), Nobel Laureate and Borane Chemistry Pioneer: An Obituary–Tribute" Архивная копия от 26 марта 2012 на Wayback Machine (PDF). The Chemical Educator. 16: 195–201. Retrieved 16 August 2011.

Erkən illəri Məktəb illərində U. Lipskomb bir neçə həşərat, ev heyvanı, qaya və mineral kolleksiyalarına sahib idi.

Astronomiyanın öyrənilməsinə böyük maraq göstərən Uilyam çox vaxt Kentukki Universitetində Rəsədxanada zaman keçirdi və burada professor H. H. Douninq ona "Beyker Astronomiyası"nın bir nüsxəsini vermişdi.

Bu kitabdan və sonradan onun uzun illər dostu olacaq Dauninqlə söhbətlərindən Lipskomb fizika sahəsində zəngin biliklər əldə etdi.

12 yaşında Lipskomb gənc kimyaçı kimi istehsalçıdan sifariş verdiyi müxtəlif aparat və kimyəvi maddələrlə genişləndirərək kiçik bir dəst aldı. Lipskomb öz atəşfəşanlığını hazırladı, müxtəlif rənglər, qoxular və partlayışlarla izləyənləri təəccübləndirdi.

Lipskomb həmçinin öz tərcümeyi-halında qeyd edir ki, məhz elmi rəhbəri Laynus Poling sayəsində biokimyəvi tədqiqatlar sahəsində özünü reallaşdırmaq qərarına gəlibStructures and Mechanisms: From Ashes to Enzymes (Acs Symposium Series) Gareth R. Eaton (Editor), Don C. Wiley (Editor), Oleg Jardetzky (Editor), . American Chemical Society, Washington, D. C., 2002 ("Process of Discovery (1977); An Autobiographical Sketch" by William Lipscomb, 14 pp. (Lipscombite: p. xvii), and Chapter 1: "The Landscape and the Horizon. An Introduction to the Science of William N. Lipscomb", by Gareth Eaton, 16 pp.) These chapters are online at pubs.acs.org. Архивная копия от 7 марта 2022 на Wayback Machine Click PDF symbols at right..

Təhsili U. Lipskombun orta məktəb kimya müəllimi Frederik Cons ona üzvi, analitik və ümumi kimya üzrə kollec kitablarını verdi və yalnız U. Lipskombdan bütün imtahanlardan keçməsini istədi. Mühazirələr zamanı Lipskomb arxa oturacaqda oturaraq hidrogenin istehsalını mümkün yan reaksiyaları təsvir edərək, natrium format (və ya natrium oksalat) və natrium hidroksiddən alınmasını araşdırırdı"HighSchool – Publications – Lipscomb Архивная копия от 29 ноября 2018 на Wayback Machine". Wlipscomb.tripod.com. 1937–02-25. Retrieved 2012–02-01..

U. Lipskomb daha sonra orta məktəbdə fizika kursu keçdi və bu mövzuda dövlət müsabiqəsində birinci yeri qazandı. Bunlarla yanaşı nisbilik nəzəriyyəsi ilə də çox maraqlanırdı.

Kentukki Universitetində kollecdə U. Lipskomb müstəqil araşdırma apararaq Duşmanın "Kvant Mexanikasının Elementləri"ni, Pittsburq Universitetinin "Fizika və Atom Fizikasının əsasları"ni və Paulinqin "Kimyəvi Bağın Təbiəti" və "Molekulların və Kristalların Strukturunu" oxudu. Professor Robert H. Baker Lipskomba spirt və suyu ayırmadan seyrəltilmiş sulu məhluldan spirtlərin alınmasını araşdırmağı təklif etdi ki, bu da Lipskombun ilk məqaləsinin nəşrinə səbəb oldu.Lipscomb, W. N.; Baker, R. H. (1942). "The Identification of Alcohols in Aqueous Solution Архивная копия от 7 марта 2012 на Wayback Machine". J. Am. Chem. Soc. 64: 179–180. doi:10.1021/ja01253a505

U. Lipskomb aspirantura üçün Kaliforniya Texnologiya İnstitutunu seçdi və ona ayda 20 dollara fizika üzrə müəllim köməkçisi vəzifəsini təklif etdilər. Eyni zamanda Şimal-Qərb Universiteti ona ayda 150 dollar təklif edirdi. Amma Kolumbiya Universiteti Lipskombin aspiranturaya qəbul məktubunu rədd etdi.

Kaliforniya Texnologiya İnstitutunda Lipskombun fizika şöbəsində professor U. U. Houston ilə kvant mexanikasını öyrənməsi gözlənilirdi, lakin birinci semestrindən sonra U. Lipskomb professor Linus Paulingin rəhbərliyi altında kimya fakültəsinə keçdi. İkinci Dünya müharibəsi illərində Lipskombun diplom işi iki hissəyə bölündü. O, tüstü hissəciklərinin ölçüsünün təhlili ilə məşğul idi, lakin əsasən nitrogliserin-nitroselüloz yanacaqları ilə işləyirdi.

Sonrakı illəri Müəllimlik illərində U. Lipskomb tələbələrindən biri olan Murray Vernon King tərəfindən ona verilən "Polkovnik" ləqəbini aldı. Bununla da himayədarları ona hörmət və ehtiramlarını bildirdilərKatz, Lewis. Letter presented to Bill on the occasion of his 80th birthday, collected with others in a Festschrift (party book), may 12–14, 2000. Bir neçə il sonra, 1973-cü ildə U. Lipskomb Kentukki Polkovniklərinin Fəxri Ordeninin üzvü oldu.Hargittai, Istvan (2003). Candid Science III: More Conversations with Famous Chemists. London, UK: Imperial College Press. p. 27

1992-ci ildə U. Lipskomb "Bəşəriyyətə Xəbərdarlığı" imzaladı.World Scientists' Warning To Humanity (англ.). stanford.edu (18 ноября 1992). Дата обращения: 25 июня 2019. Архивировано из оригинала 6 декабря 1998 года.

Bir çox digər Nobel mükafatçıları ilə yanaşı, Lipskomb 30 sentyabr 2010-cu ilə qədər illik Nobel mükafatı mərasimində müntəzəm olaraq çıxış etdi.Improbable Research. Дата обращения: 29 ноября 2018. Архивировано из оригинала 22 октября 2018 года.

Elmi araşdırmaları U. Lipskomb əsasən üç sahədə işləyirdi: nüvə maqnit rezonansı, bor kimyası və kimyəvi birləşmənin təbiəti və böyük biokimyəvi molekulların tədqiqi. Bu sahələr bir-biri ilə üst-üstə düşür və bir çox elmi metodları paylaşır. İlk iki sahədə U. Lipskomb bir çox həll edilməmiş problem tapdı və həllini tapmağı qarşısına məqsəd qoydu.

Nüvə maqnit rezonansı və kimyəvi yerdəyişmə Bu sahədə U. Lipskomb təklif etdi ki, "…rentgen şüalarının difraksiyasından daha çox nüvə maqnit rezonans spektrlərindən istifadə olunarsa, yeni növ poliboranlar, əvəzlənmiş boranlar və karboranlar üçün strukturun müəyyənləşdirilməsində irəliləyiş xeyli sürətlənəcək"Lipscomb, WN (1977). "The Boranes and Their Relatives". Science. 196 (4294): 1047–1055. Bibcode: 1977Sci…196.1047L. doi:10.1126/science.196.4294.1047..

Baxmayaraq ki, rentgen şüalarının difraksiyasından hələ də bir çox atom strukturlarını təyin etmək üçün geniş istifadə olunurdu lakin, bu məqsədə qismən nail olunmuşdu.

U. Lipskomb nüvə maqnit rezonans (NMR) spektroskopiyasından istifadə edərək "… karboranları, C2B10H12 və bu birləşmələrə elektrofil hücum yerlərini araşdırdı.Potenza, J. A.; Lipscomb, W. N.; Vickers, G. D.; Schroeder, H. (1966). "Order of Electrophilic Substitution in 1,2 Dicarbaclovododecaborane(12) and Nuclear Magnetic Resonance Assignment". J. Am. Chem. Soc. 88 (3): 628–629. doi:10.1021/ja00955a059. Bu iş kimyəvi sürüşmə nəzəriyyəsi üzrə maqnit və ya elektrik sahələrində bir neçə növ molekulun davranışını təsvir edən sabitlərin ilk dəqiq qiymətlərinin nəşrinə səbəb oldu."Lipscomb WN, The chemical shift and other second-order magnetic and electric properties of small molecules. Advances in Nuclear Magnetic Resonance. Edited by J. Waugh, Vol. 2 (Academic Press, 1966), pp. 137–176Hutchinson Dictionary of Scientific Biography, Lipscomb, William Nunn (1919-) (5 paragraphs) © RM, 2011, all rights reserved, as published under license in AccessScience, The McGraw-Hill Encyclopedia of Science & Technology Online Архивная копия от 21 апреля 2021 на Wayback Machine, © The McGraw-Hill Companies, 2000–2008. Helicon Publishing is a division of RM. To see this biography (1) Go to accessscience.com Архивная копия от 26 августа 2011 на Wayback Machine (2) Search for Lipscomb (3) at right Click on "Lipscomb, William Nunn (1919 —). (4) If no institutional access is available, then at right click on Purchase Now (price in 2011 is about $30 US including tax for 24 hours). (5) Log in (6) Repeat steps 2 and 3.to see Lipscomb's biography..

Bu işin çox hissəsi Qareta İtona və Uilyam Lipskomb tərəfindən "Bor hidridləri və əlaqəli birləşmələrin NMR tədqiqatları" kitabında ümumiləşdirilmişdir.Eaton GR, Lipscomb, WN. 1969. NMR Studies of Boron Hydrides and Related Compounds. W. A. Benjamin, Inc.

Bor kimyası və kimyəvi əlaqənin təbiəti Bu sahədə U. Lipskomb əvvəlcə daha iddialı bir layihə nəzərdə tutmuşdu: "Mənim ilkin məqsədim 1940-cı illərin sonlarında boranı başa düşmək üçün bir neçə il sərf etmək və sonra çoxlu sayda elektron çatışmazlığı olan intermetal birləşmələrin sistematik valent təsvirini tapmaq idi. Mən bu istiqamətdə müəyyən irəliləyiş əldə etmişəm. Əvəzində bor kimyası sahəsi əhəmiyyətli dərəcədə böyüdü və onun bəzi mürəkkəblikləri yeni başa düşülməyə başladı."Lipscomb WN. 1977. The Boranes and Their Relatives. in Les Prix Nobel en 1976. Imprimerie Royal PA Norstedt & Soner, Stockholm. 110–131.[https://web.archive.org/web/20170829005337/https://www.nobelprize.org/nobel_prizes/chemistry/laureates/1976/lipscomb-lecture.html Архивная копия от 29 августа 2017 на Wayback Machine ][https://web.archive.org/web/20160307031549/https://www.scribd.com/doc/53875200/Lipscomb-Nobel-Lecture Архивная копия от 7 марта 2016 на Wayback Machine ] Quote in next to last paragraph, which is omitted in Science version of the paper. Belə intermetal birləşmələrə misal olaraq KHg13 və Cu5Zn-ni göstərmək olar. 24.000 belə birləşmədən yalnız 4.000-nin quruluşu məlumdur (2005-ci ildə) və biz kimyəvi əlaqənin mahiyyətini kifayət qədər dərk etmədiyimiz üçün digər komplekslərin strukturlarını proqnozlaşdıra bilmirik. Bu tədqiqatlar müvəffəqiyyətli olmadı, çünki qismən intermetal birləşmələr üçün tələb olunan vaxt 1960-cı illərdə mövcud deyildi, lakin bor birləşmələri ilə bağlı aralıq məqsədlərə nail olundu. Bu, Nobel mükafatı almaq üçün kifayət idi.

U. Lipskomb 1950-ci illərdə rentgen kristalloqrafiyasından istifadə edərək boranların molekulyar quruluşunu çıxardı və onların kimyəvi bağlarını izah etmək üçün nəzəriyyələr inkişaf etdirdi. Daha sonra o, eyni üsulları əlaqəli problemlərə, o cümlədən karboranların (karbon, bor və hidrogen birləşmələri) quruluşuna tətbiq etdi.