Məryəm Kalali və ya Məryam Şahabi (d. 25 oktyabr 1914, Qacar imperiyası - ö. 4 oktyabr 2005) — həm Teymuri, həm də Qacar nəslinin nümayəndəsi olan əsilzadə və mülkədar.
Həyatı Məryəm həm Teymuri, həm də Qacar sülaləsinin nümayəndəsidir. Belə ki, o, XIX əsr Qacar mülkündəki Teymuri sülaləsinin rəisi olan Mir Əlimərdan xan Nüzrət əl-Mülk ilə Qacar şahı Məhəmməd şah Qacarın qızı Əşrəf əs-Səltənə Qacarın nəslindən gəlməkdədir. Onun atası olan Əmirteymur Kalali İranın baş naziri Məhəmməd Müsəddiqin dövründə daxili işlər və əmək naziri kimi çalışmış, doqquz dəfə İran parlamentinin üzvü olmuşdur. 1997-ci ildə onun xatirələri Həbib Lacivərdi tərəfindən nəşr edilib. Məryəm Kalalinin bacısı Nahid Mirzə Pakistanın ilk birinci xanımı olmuşdur.
Uşaqları O, Etemad Şahabi ilə ailə həyatı qurmuş və dörd övladı olmuşdur. Helene Şahabi - Bozorgmehr Sədr ilə evlənmiş və iki övladı olmuşdur: Hedieh Sədr Ramin Sədr Xosrov Şahabi - Roya Axavan ilə evlənmiş və üç övladı olmuşdur: Məryəm Şahabi Teymur Şahabi Kiruş Şahabi Nüsrət Şahabi - Əlinağı Fərmanfərmaian ilə evlənmiş və üç övladı olmuşdur: Fati Fərmanfərmaian Əbdül Həmid Fərmanfərmaian Əbu Fərmanfərmaian Mahnaz Şahabi - Essy Tayebi ilə evlənmiş və iki övladı olmuşdur: Əmirəli Tayebi Əmirrza Tayebi Həmçinin bax Qacarlar sülaləsi
İstinadlar
Mənbə
Kateqoriya:2005-ci ildə vəfat edənlər Kateqoriya:1914-cü ildə doğulanlar Kateqoriya:İran şəxsləri