Urmiyada rus ruhani missiyası () və ya Urmiya ruhani missiyası (Урмийская духовная миссия) —Rusiya ilə həmsərhəd regionlarda, əsasən İran Azərbaycanı vilayətində yaşayan etnik aysorlara rus pravoslav missiyası. 1898-ci ildə Şərq Assuriya Kilsəsi və Xaldeya Katolik Kilsəsindən çevrilmişdir. Formal olaraq, missiya 1898–1918-ci illəri əhatə edir, lakin onun qurulmasından əvvəl Rusiyanın bölgəyə marağı demək olar ki, bütün XIX əsrdə davam etmişdir.
Tarixi 1898-ci ildə ortodoksluğu qəbul edən Assuriya Şərq Kilsəsindən bir qrup var idi. 1890-cı illərin ortalarında Urmiya regionunda Süpürgən yepiskopu Mar Yonan Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinoduna müraciət etmişdir ki, o və heyəti Rus Kilsəsinə qəbul olunsun. Mar Yonan 1898-ci ildə Sankt-Peterburqa getmiş və burada o və bir neçə ruhanisi şərqi ortodoksluğu qəbul etmişdilər. 1904-cü ildə Urmiya regionunda yerləşən Terqavar yepiskopu kimi yepiskopluğa təqdis edildi və yepiskop Yonanın vikarı olmuşdur.
Missiya 1904-cü ildən həm asoru, həm də rus dillərində "Pravoslavnaya Urmiya" jurnalını nəşr etdirmişdir.
Yepiskop Eliya 1928-ci ilin dekabrında vəfat etmişdir. Onun 1931-ci ildə Belqradda epikopata mitropolit Entoni Xrapovitski və arxiyepiskop Germogen Maksimov tərəfindən təqdis edilmiş yepiskop Gevarigis keçmişdir.
Rəhbərləri
Arximandrit Feofilakt Klementyev (1898–1902) Arximandrit Kiril Smirnov (1902–1904) Yepiskop Sergi Lavrov (1904–1916) Yepiskop Pimen Belolikov (1916–1917) Arximandrit Vitali Sergiyev (1922–1946)
Mənbə
İstinadlar
Ədəbiyyat
Ольга Ходаковская Там где сияют горные вершины Документальное исследование жизни и трудов преосвященного Пимена епископа Семиреченского и Верненского, священномученика
Kateqoriya:Qərbi Azərbaycan ostanının tarixi Kateqoriya:İran–Rusiya münasibətləri Kateqoriya:Aysorların tarixi Kateqoriya:1898-ci ildə yarananlar Kateqoriya:1918-ci ildə ləğv olunanlar