Anna Şerbakova () — fərdi proqramda çıxış edən rusiyalı xanım fiqurist. 2022-ci ilin fevralında Çində baş tutan XXIV Qış Olimpiya Oyunlarının çempionu. 2021-ci il Dünya Çempionatının qalibi. Avropa Çempionatlarının 2020 və 2022-ci illərdə gümüş medalçısı.

Karyerası ərzində 24 turnirdə çıxış edən Anna Şerbakova onların 14-də qızıl, 6-da gümüş, 1-də isə bürünc medala sahib olub. Gənclər arasında ISU Qran-Pri turnirlərinin Bratislava və Kanada mərhələlərinin qalibi olan Şerbakova 2019-cu ildə Sarayevo şəhərində (Bosniya və Herseqovina) Avropa Gənclərinin Qış Olimpiya Festivalını qızıl, Zaqreb şəhərində (Xorvatiya) isə gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurub.

2019-cu ildə İtaliyada Lombardia Trophy turnirini qızıl, 2021-ci ildə Macarıstanda Budapest Trophy turnirini gümüş medallarla başa vuran Anna Şerbakova ISU Qran-Pri turnirlərinin ABŞ (2019), Çin (2019), Fransa (2021) və İtaliya (2021) mərhələlərinin qalibi olub.

Anna Şerbakova 2022-ci ildə Çində baş tutan XXIV Qış Olimpiya Oyunlarında qazandığı uğurlara görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən «Dostluq» ordeni ilə təltif edilib.

Həyatı Anna Şerbakova 2004-cü il martın 28-də anadan olub. Anna Şerbakova 3.5 yaşından idmanla məşğul olmağa başlayıb. 2007-ci ildə valideynləri onu "Sambo-70" İdman və Təhsil Müəssisəsinin "Xrustal" bölməsinə Yuliya Krasinsayanın qrupuna gətirib. Noyabr 2013-cü ildən isə Eteri Tutberidze onu öz qrupuna çağırıb.

Karyerası 2017—2018: Zədə səbəbilə buraxılan mövsüm Anna Şerbakova 2017-2018-ci illər mövsümünün əvvəlindən ayağını sındırdı və bu səbəbdən mövsümün geniş bir hissəsini, o cümlədəm gənclər arasında ISU Qran-Pri turnirlərini buraxmalı oldu. 2018-ci ilin yanvarında Anna Şerbakova gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Həmin turnirin qısa proqramını Şerbakova 68.20 balla altıncı pillədə başa vursa da, sərbəst proqramda uğursuz çıxış etdi və 112.00 balla 16-cı pillənin sahibi oldu. Ümumi nəticədə Anna Şerbakova gənclər arasında Rusiya Çempionatını 180.20 balla 12-ci pillədə başa vurdu. Bu uğursuzluqa baxmayaraq Anna Şerbakova bir ay sonra, fevralda Novqorod şəhərində baş tutan gənclər arasında Rusiya Kubojunun qalibi oldu (210.85 balla).

2018—2019: thumb|315x315px|alt=|Anna Şerbakova 2019-cu ildə gənclərin Dünya Çempionatında Anna Şerbakova 2018-2019-cu illər mövsümündə gənclər arasında beynəlxalq turnirlərdə mübarizə apardı. 22-25 avqustda Bratislava şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri turniri onun beynəlxalq turnirlərdə debütü idi. Turnirin qısa proqramını Şerbakova 74.18 balla birinci pillədə başa vurdu. Bu nəticəyə əsasən Şerbakova həm də Rusiya nümayəndəsi Anna Tarusinaya məxsus olan 68.48 ballıq dünya recordunu da yenilədi. Turnirin sərbəst proqramında da Şerbakova tarixi uğura imza atdı. 132.22 balla sərbəst proqramı da birinci pillədə başa vuran Şerbakova Yaponiya nümayəndəsi Yuhana Yohoiya məxsus olan 124.98 ballıq dünya recordunu da yenilədi. Ümumi nəticədə Anna Şerbakova 206.40 balla gənclər arasında ISU Qran-Pri turnirinin Bratislava mərhələsinin qızıl medalına sahib oldu.

Anna Şerbakovanın növbəti turniri 12-15 sentyabrda Kanadanın Riçmond şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri turnirinin Kanada mərhələsi oldu. Turnirin qısa proqramında Anna Şerbakova 65.08 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramı da Şerbakova birinci pillədə başa vurdu (130.50 balla). Bu minvalla da Anna Şerbakova ümumi nəticədə 195.58 balla gənclər arasında ISU Qran-Pri turnirinin Kanada mərhələsinin qalibi oldu. Mövsüm ərzində gənclər arasında ISU Qran-Pri turnirlərini 2 qızıl medalla başa vuran Anna Şerbakova gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.

Kanadada baş tutan gənclər arasında ISU Qran-Pri Finalının favoritlərindən biri olaraq Anna Şerbakova göstərilsə də, bu turnir onun üçün uğursuz oldu. Turnirin qısa proqramı zamanı Şerbakova buzüstünə yıxıldı və bu onun nəticəsinə ciddi təsir göstərdi. Nəticədə Şerbakova qısa proqramı 56.26 balla altı idmançı sırasında sonuncu pillədə başa vurdu. Turnirin sərbəst proqramı da fərqlənmədi və çıxışı zamanı Şerbakova növbəti dəfə buzüstünə yıxıldı. Nəticədə Şerbakova sərbəst proqramı 126.58 balla beşinci pillədə başa vurdu. Ümumi nəticədə isə Anna Şerbakova gənclər arasında ISU Qran-Pri Finalında 182.84 balla beşinci pillənin sahibi oldu.

Anna Şerbakovanın 2018-ci ildə sonuncu turniri Rusiya Çempionatı oldu. Seniorların Rusiya Çempionatında debüt edən Şerbakova turnirin qısa proqramını 74.10 balla beşinci pillədə başa vurdu. Çempionatın sərbəst proqramı isə Şerbakova üçün uğurlu oldu. Sərbəst proqramda 156.70 balla birinci pillənin sahibi olan Şerbakova ümumi nəticədə 230.80 balla Rusiya Çempionatının qızıl medalına sahib oldu. Bu 14 yaşlı Şerbakovanın həmin dönəmdə qazandığı ən ciddi uğur idi.

2019-cu ildə Anna Şerbakovanın birinci sınağı 1-4 fevralda Perm şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Rusiya Çempionatı oldu. Seniorlar arasında Rusiya çempionu olan Şerbakova bu turnirin də favoriti idi. Bununla belə Anna Şerbakova turnirin qalibi ola bilmədi. Şerbakova turnirin qısa proqramında 78.18 bala sahib oldu və Alyona Kostornayadan geri qalaraq proqramı 2-ci pillədə başa vurdu. Sərbəst proqramda isə Şerbakova 146.80 balla üçüncü pillənin sahibi oldu. Ümumi nəticəyə əsasən Anna Şerbakova turniri 224.98 balla başa vurdu və gənclər arasında Rusiya Çempionatının bürünc medalına sahib oldu.

Mövsümün əsas turniri martda baş tutan gənclər arasında ISU Dünya Çempionatı oldu. Bu turnirdən əvvəl Anna Şerbakova 10-14 fevralda Bosniya və Herseqovinanın Sarayevo şəhərinin ev sahibliyində baş tutan XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalında mübarizə apardı. Turnirin qısa proqramını 72.58 balla birinci pillədə başa vuran Anna Şerbakova sərbəst proqramda da uğurla çıxış etdi və 130.22 balla birinci pillənin sahibi oldu. Bu minvalla da Anna Şerbakova ən yaxın izləyicisi olan İtaliya nümayəndəsi Lucrezia Beccarini 28.10 balla geridə qoyaraq ümumi nəticədə 202.80 balla XIV Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının qızıl medalına sahib oldu.

2018-2019-cu illər mövsümünün əsas turniri 4-10 martda Xorvatiyanın Zaqreb şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı. Turnirin qısa proqramı gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Şerbakova qısa proqramı 72.86 balla birinci pillədə başa vurdu. Şerbakova ən yaxın izləyicisi olan Aleksandra Trusovanı 0.36 balla qabaqladı. Sərbəst proqramda gərgin idman mübarizəsi şəraitində baş tutdu. Şerbakova bu səfər proqramı 148.08 balla başa vurdu və Aleksandra Trusovadan 2.32 bal geri qalaraq 2-ci pillənin sahibi oldu. Ümumi nəticədə isə Anna Şerbakova 220.94 balla gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. Anna Şerbakova 2018-2019-cu illər mövsümünü dörd qızıl, bir gümüş və bir bürünc medalla başa vurdu.

2019—2020: thumb|315x315px|alt=|Anna Şerbakova 2019-cu ildə ISU Çin Qran-Prisində|left 2019-2020-ci illər mövsümündən Anna Şerbakova seniorlar arasında beynəlxalq turnirlərdə çıxış etdi. Mövsümün əvvəlində, 12-15 sentyabrda Anna Şerbakova İtaliyanın Berqamo şəhərində baş tutan Lombardia Trophy turnirində mübarizə apardı. Turnirin qısa proqramını Şerbakova 68.74 balla başa vuraraq Rusiya nümayəndəsi Yelizaveta Tuxtamışeva və Cənubi Koreya nümayəndəsi Yu Yundan sonra üçüncü pillənin sahibi oldu. Turnirin sərbəst proqramında isə Şerbakova uğurla çıxış etdi və bütün rəqiblərinə geridə qoyaraq 151.48 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə isə Anna Şerbakova 220.22 balla Lombardia Trophy turnirinin qalibi oldu.

Anna Şerbakovanın ISU Qran-Pri turnirlərində debütü Birləşmiş Ştatların Las-Veqas şəhərinin ev sahibliyində baş tutan mərhələsində oldu. Turnirin qısa proqramı Şerbakova üçün uğursuz oldu və o, 68.60 balla dördüncü pillədə qərarlaşdı. Bununla belə Şerbakova sərbəst proqramda liderlərlə yaranan fərqi aradan qaldırmağa nail oldu. Sərbəst proqramda çıxışı 160.16 balla qiymətləndirilən Şerbakova birinci pillənin sahibi oldu. Sərbəst proqramın nəticəsi ümumi nəticəyə də ciddi təsir göstərdi. Bu minvalla Anna Şerbakova 228.76 balla ISU Qran-Pri turnirinin ABŞ mərhələsinin qızıl medalına sahib oldu.

Anna Şerbakovanın növbəti turniri 8-10 noyabrda Çində baş tutan ISU Qran-Pri turnirinin Çin mərhələsi oldu. Turnirin qısa proqramında Şerbakovanın çıxışı 75.52 balla qiymətləndirildi və o, bu nəticəyə əsasən birinci pillənin sahibi oldu. Sərbəst proqramda da Şerbakova uğurla çıxış etdi və proqramı 152.54 balla birinci pillədə başa vurdu. Ümumi nəticədə isə Anna Şerbakova 228.06 balla ISU Qran-Pri turnirinin Çin mərhələsinin qalibi oldu. Mövsüm ərzində ISU Qran-Pri turnirlərinin ABŞ və Çin mərhələlərini qızıl medallarla başa vuran Anna Şerbakova ISU Qran-Pri Finalına vəsiqə qazandı.

ISU Qran-Pri Finalı İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutdu. Turnirin qısa proqramında Şerbakovanın çıxışı 78.28 balla qiymətləndirildi və o, Rusiya nümayəndələri Alyona Kostornaya və Alina Zahitovadan geri qalaraq proqramı üçüncü pillədə başa vurdu. Sərbəst proqram isə Şerbakova üçün uğurlu oldu. Şerbakova sərbəst proqramı 162.66 balla birinci pillədə başa vurdu. Ümumi nəticədə isə Anna Şerbakova 240.94 balla Rusiya nümayəndəsi Alyona Kostornayadan geri qalaraq 2-ci pillənin sahibi oldu və ISU Qran-Pri Finalını gümüş medalla başa vurdu.

Anna Şerbakova üçün 2019-cu ilin son turniri Rusiya Çempionatı oldu. Son Rusiya çempionu Anna Şerbakova bu səfər də turnirin favoriti idi. Turnirin qısa proqramı gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Şerbakovanın qısa proqramda çıxışı 80.94 balla qiymətləndirildi və o, Alyona Kostornayadan geri qalaraq proqramı 2-ci pillədə başa vurdu. Sərbəst proqram isə Şerbakova üçün uğurlu oldu. Şerbakovanın sərbəst proqramda çıxışı 181.94 balla qiymətləndirildi və o, bu nəticəyə əsasən proqramı birinci pillədə başa vurdu. Ümumi nəticədə isə Anna Şerbakova 262.88 balla növbəti dəfə Rusiya Çempionatının qalibi oldu.

Mövsümün birinci əsas turniri 20-26 yanvarda Avstriyanın Qrats şəhərinin ev sahibliyində baş tutan Avropa Çempionatı oldu. Avropa Çempionatında Rusiyanı Aleksandra Trusova, Alyona Kostornaya və Anna Şerbakova təmsil etdi. Yanvarın 24-də baş tutan qısa proqramda Şerbakovanın çıxışı 77.95 balla qiymətləndirildi. Bu nəticəyə əsasən Şerbakova Alyona Kostornayadan geri qalaraq qısa proqramı 2-ci pillədə başa vurdu. Yanvarın 26-da baş tutan sərbəst proqram isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Şerbakovanın çıxışı 160.82 balla qiymətləndirildi və o, bu nəticəyə əsasən proqamı birinci pillədə başa vurdu. Bununla belə ümumi nəticədə Anna Şerbakova 238.77 balla Avropa Çempionatının gümüş medalına sahib oldu. Turnirin qızıl medalına Rusiya nümayəndəsi Alyona Kostornaya, bürünc medalına isə digər Rusiya nümayəndəsi Aleksandra Trusova sahib oldu.

Avropa Çempionatından sonra Aleksandra Trusova, Alyona Kostornaya və Anna Şerbakova Rusiyanı mövsümün əsas turnirində – 16–22 martda Kanadanın Monreal şəhərinin ev sahibliyində baş tutacaq Dünya Çempionatında təmsil eləməli idi. Amma Dünya Çempionatından beş gün əvvəl, martın 11-də ISU COVID-19 pandemiyası səbəbilə Dünya Çempionatının təxirə salındığını elan etdi. Anna Şerbakova 2019-2020-ci illər mövsümünü 3 qızıl və 2 gümüş medalla başa vurdu.

C 2020-2021-ci illər mövsümü COVID-19 pandemiyası səbəbilə idmançılar üçün çətin şərtlər altında aparıldı. ISU Qran-Pri turnirlərinin Kanada və Fransa mərhələləri bu səbəblə ləğv edildi. Nəticədə ISU Çində baş tutmalı olan Qran-Pri Finalın da ləğv edilməsi barədə qərar aldı.