Aliyə Coşar () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış deputatı.

Həyatı Aliyə Coşar 1976-cı ildə İsparta ilinin Gelendost ilçəsində anadan olub. Şərqi Aralıq dənizi Universitetinin Hüquq bölməsini fərqlənmə ilə bitirib. Şərqi Aralıq dənizi Universitetinin Sosial Elmlər İnstitutunun Özəl hüquq bölməsində magistr dərəcəsi alıb.

Uzun illər Antalya Vəkillər Kollegiyasının Manavgat ilçə nümayəndəliyində Qadın hüquqları və gender bərabərliyi Şurasında çalışıb.

Siyasətə 2012-ci ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) Manavgat ilçə şöbəsində qoşulub. 2012–2015-ci illərdə CHP Manavgat ilçə şöbəsində Hüquq və informasiya texnologiyaları üzrə sədr müavini vəzifəsində çalışıb. 2015–2022-ci illərdə CHP Manavgat ilçə şöbəsinin sədri olub. 2023-cü ildə Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda Kişi və qadınlar üçün bərabər cəmiyyət Komissiyasının üzvü.

İngiliscə bilir.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:Türkiyənin qadın deputatları