Sosialist Həmrəylik Platforması (SOHƏP; , SODAP) — Türkiyədə sosialist təşkilat. 8 fevral 2004-cü ildə bəyannamə dərc edərək yaradıldığını elan etmişdir. Qərargahı İstanbulda yerləşir. Platformanın nəşr orqanı "Sosyalist Dayanışma Dergisi".
SODAP öz proqram layihəsində "kapitalizmə yeganə real alternativin sosializm olduğunu" bildirir və qeyd edir ki, XXI əsr sosializminin məqsədini qoruyur.
SODAP müxtəlif fəaliyyətləri və bəyanatları ilə Türkiyədə kommunist hərəkatının aparıcı kadrlarından biri olan Hikmət Qıvılcımlının düşüncə və davranış xəttinin davamçısı olduğunu bəyan etmişdir.
Sosyalist Dayanışma SODAP-ın nəşriyyat orqanı "Sosyalist Dayanışma Dergisi" jurnalıdır. 2010-cu ilin oktyabrında "Azadlıq və ədalət üçün üçüncü cəbhə" başlıqlı ilk nömrəsi ilə nəşrə başlamışdır.Sosyalist Dayanışma 1. Sayı Baş ofisi İstanbulda olan jurnal aylıq nəşr olunur.
Jurnalda məqalələri dərc olunan müəlliflərdən bəziləri aşağıdakılardır:
Mehmet Yılmazer Ayşə Tansevər M. Sinan Fikrət Qızıltan Mehmet Ağyol Quzey Qaraxan Zeynəb Qoru Mehmet Özgür Gülər Atmaca Yaqub Qədir Saleh İncəsoy
İstinadlar
Əlavə ədəbiyyat Bölüne Bölüne Büyümek TÜRKİYE'DE SOL ÖRGÜTLER, Hüseyin AYKOL, ISBN 9786055738426
Xarici keçidlər https://www.aa.com.tr/tr/turkiye/sosyalist-dayanisma-platformuna-operasyon/21746 https://sendika.org/2022/04/sodap-sosyalistlerin-onceligi-kitlelere-guven-verecek-bir-hatti-sokakta-insa-etmektir-654046 https://www.demokrathaber.org/6-partiden-hdpyle-dayanisma-cagrisi https://www.cumhuriyet.com.tr/haber/sodap-operasyonlar-birlesik-mucadelemizi-hedef-aliyor-923215 https://sendika.org/2022/01/okmeydaninda-sodap-ve-halkevlerinden-zamlara-yoksulluga-hayat-pahaliligina-karsi-eylem-643633
Kateqoriya:Xalqların Demokratik Konqresi Kateqoriya:2004-cü ildə yarananlar