Burcu Köksal () — hüqüqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırış deputatı.

Həyatı Burcu Köksal 18 yanvar 1980-ci ildə Afyonqarahisar ilində anadan olub. 2002-ci ildə İstanbul Universiteti Hüquq bölməsindən məzun olub.

2004-cü ildə Afyonqarahisar ilində hüquqşünas olaraq peşə fəaliyyətini davam edib.

Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. 2007-ci ildə CHP Afyonqarahisar il qadın qanadının sədri seçilib. İyun 2015 və noyabr 2015-ci illərdə Afyonqarahisar ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.

2018-ci il parlament seçimlərindən əvvəl İYİ Partiyanın TBMM-də qrupunun qurulması üçün 14 CHP-li deputatla birgə İYİ Partiyaya üzv olub. 10 may 2018-ci ildə CHP-yə geri dönüb.

2018 və 2023-cü illərdə də Afyonqarahisar ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 3 iyun 2023-cü ildən Cümhuriyyət Xalq Partiyası (CHP) TBMM qrupunun sədr müavinidir.

Evlidir və 1 uşaq anasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXV çağırış deputatları Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:İstanbul Universitetinin Hüquq fakültəsinin məzunları Kateqoriya:TBMM-də Cümhuriyyət Xalq Partiyası fraksiyasının sədr müavinləri